Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
28 Февраля 2014

Boşanmış bir qızın ailə qurmağa haqqı yoxdur?!

Valideylərin bu cür rəftarını nə başa düşürəm,nə də başa düşməyə cəhd edirəm. Hər bir oğul anası oğlunun subay qızla ailə həyatı qurmasını arzulayır,bunu başa düşürəm. Bəzən elə olur ki, oğlan bir qadına vurulur, lakin valideynlər onun boşandığını biləndə buna qarşı çıxırlar, hətta bu qız xoşlarına gəlsə belə. Camaat nə deyər? Qonşu nə deyər? Qohum nə deyər?

Başa düşə bilmirəm niyə öz həyatımızı, öz xoşbəxtliyimizi deyil ətrafdakıları düşünürük? Məgər biz bədbəxt olsaq, dara düşsək, xəstələnsək onlar arxa olacaq bizə? Əziz valideynlər məgər onların düşüncələri sizin övladarınızın xoşbəxliyindən üstündür? Hər kəs övladının xoşbəxtliyinə çalışır.

Oğlanları üçün subay qız axtarır, boşanmış birini almır, ancaq öz qızları boşanarsa hər gün qızının yenidən ailə qurmasını diləyir. Axı oğlunun sevdiyi, bəyəndiyi boşanmış dediyiniz o qız da yenidən ailə qurmaq, itirdiyi xoşbəxtliyini tapmaq, sizin kimi övlad sahibi olmaq arzulayır. Axı o da kiminsə övladıdır, onun da vaideynlərinin arzusu var. Onun ailə həyatının uğursuz olub dağılmasında qızın günahı nədir? Öz qızın deyilsə burda nə var?

Öz qızın kimi sev, qoru, onun xoşbəxtliyi üçün sən də çalış.Heç kim istəməz ki, ailəsi dağılsın, səadətini itirsin. Ən əsas insanın xoşbəxt olmasıdır, evləndiyi qızın və ya oğlanın boşanmış olması vacib deyil. Bu cür hallar bizim səadətimizə mane olacaq səbəb olmamalıdır.

Insan dünyaya 1 dəfə gəlir və hər kəsin xoşbəxt olmağa haqqı var. Mən istərdim ki, biz başqalarının nə deyəcəyini düşünməyək, bizim həyatımız bizimdir,istər yaxşı günləri,istərsə də pis günləri ilə. Yaşadığımız həyatı bacardığımız qədər rəngarəng edək, özümüzü düşünək.

  1715   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up