Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
27 Февраля 2014

Avamlığın son dərəcəsidir - himnimiz səslənərkən ayağa belə qalxmadılar!

Çox təəssüf hissi ilə qeyd edirəm ki, bu gün acınacaqlı bir haldayıq. Insanların təhsil səviyyəsi o qədər aşağıdır ki, söz tapa bimirəm. Təbii ki, vəziyyətin bu yerə çatmasında təhsil müəssələrinin də rolu böyükdür.

Televiziya kanalının birində insanlar arasında aparılan sorğunu izlədim. Nəyisə bilməmək olar, bu təbiidir. Heç kəs alim deyil, ancaq himnimizin sözləri və musiqisi kimə məxsusdur? Sualı qarşısında insanların cavabsız qalması çox utancverici bir haldır.

Məktəbə ilk qədəm qoyduğumuz gündən himnimizin sözlərini, bəstəkar və yazarının kim olmasını öyrənirik.. Ən savadsız şagird belə bunları bilməlidi. Çox pis oluram düşünəndə ki, Əhməd Cavad kimlərin yolunda və hansı məqsədçün özünü qurban verib? 

Bu millətin mariflənməsi üçün etdikləri indi heç yada da düşmür, halbuki, hər kəs onun adını əzbər bilməlidir, onun adı gələndə ayağa qalxmalıdır. Çünki onun yazdığı himn idmançılarımız birinci yer tutanda oxunarkən hər kəs ayağa qalxır, onu dinləyir.

Lakin Space kanalında “Sizin saat” verlişində özünü əsl azərbaycanlı adlandıranlar himnimiz səslənərkən ayağa belə qalxmadı. Avamlığın son dərəcəsidir ki, tənqidlərdən sonra ”yenidən səsləndirin ayağa duraq” sözlərini işlədirlər. Bunu bizə heç kim deməməlidir, bu hiss bizim daxilimizdən gəlməlidir.

Zorla gözəllik olmadığı kimi, zorla vətənpərvərlik hissini də yaratmaq olmaz. Bu gün oğlanlar himnimizi bilmirsə, onlardan nə əsgər olacaq? Görün özümüzü kimlərə etibar edirik? Öz himnini bilməyən, vətənpərvərlik hissindən xəbəri olmayan əsgərlərə.

Bu hər kəsə aid deyil təbii ki. Çünki bizim Mübariz, Fərid və s., bayrağımızı tapdaladığı üçün onu yerindəcə öldürüb, ən gözəl çağlarını həbsdə keçirən Ramil kimi adı dillər əzbəri olan qəhrəmanlarımız var. Bu vətənpərvərlik bizim qanımızda, canımızda var, onu oyatmaq lazımdır. Bu iş təhsil ocaqlarının ilk və ümdə olan vəzifəsi olmalıdır. Hər birimizin də bu missiyanın həyata keçirilməsində rolu olmalıdır. Necə deyiblər “el bir olsa, dağ oynadar yerindən”.

  2057   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up