Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
26 Февраля 2014

5-ci sinifdə Xocalı faciəsi ilə bağlı müəllimimin danışdığı bir hadisə heç vaxt yadımdan çıxmır

Bu gün Xocalı faciəsinin baş verməsindən 22 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soydaşlarımızın qanına boyanıb. Oradan çəkilən görüntüləri görəndə, şahidlərin danışdıqlarını eşidəndə insanın tükləri biz-biz olur.

Ancaq kinolarda gördüyümüz o dəhşət dolu anlar, azğın ermənilərin insanlara diri-diri min bir əzab verməsi, uşaq, yaşlı, cavan, qadın demədən necə gəldi silahsız Xocalı sakinlərinin ölüm hökmünü kəsməsi sözlə ifadə edilə bilməyəcək bir vəhşətdir.

Məktəb dövründə 26 fevralda Xocalı facisəinə həsr olunmuş tədbir keçirirdik, faciə qurbanlarını anıb, şerlər söyləyərdik. Hələ 5-ci sinifdə oxuyarkən ədəbiyyat müəllimim bizə Xocalıyla bağlı real bir hadisəni şərh etmişdi.

Deməli həmin gecə hava dəhşətli dərəcədə soyuq, şaxtalı olub, heç bir çıxış yolu olmayan sakinlər meşəyə doğru üz tutublar. Ermənilər isə hər tərəfə səpələnib harda qabaqlarına kim çıxdı öldürürdülər, meşə ilə qaçan bir qrup insanların arasından körpəsi ilə bir qadın da var imiş. Ermənilərin gəlməsindən duyuq düşən kimi adamlar kolların arasında gizləniblər. Elə bu vaxt həmin körpə ağlamağa başlayıb, ermənilərin onları tapacağından qorxuya düşən ana körpəsinin ağzını əliylə tutub ki, səsi çıxmasın, yəni onu boğub, öz əlləriylə canı, qanı olan balasını boğub!

Ermənilər uzaqlaşdıqdan sonra əlini çəkən ana artıq körpəsinin ölüdüyünü düşünüb, için-için qıvrılaraq ağlayıb. Ancaq görüblər ki, uşağın nəfəsi hələ gəlir, ölməyibmiş! O an həmin ananın nə hiss yaşadığını sözlərlə ifadə etmək mümkünsüzdür. Həmin qrup qaçıb canını qurtara biliblər.

Müəllimim onda demişdi ki, indi həmin uşaq sizin yaşlarınızdadı. Sinfə sükut çökdü, göz yaşlarımı saxlaya bilmədim. Allah bizlərə səbr versin, gün gələr o torpaqlarda can verən soydaşlarımızın ruhunu elə o torpaqlarda anarıq!

  1705   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up