Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
25 Февраля 2014

Dünən iki nəfər yeniyetmənin söhbətlərini eşitdim. Hələ də şokdayam!

Valideynlərlə övlad arasında olan münasibətlər günü gündən daha da yaxşıya doğru getməkdənsə əksinə pisləşir. Hazırda böyüklərimizin hər gün şikayətləndiyi məsələ elə bu münasibətlərlə bağlıdır. Atasına, anasına hörmət etməyən onları belə desək saymayanların olmasını ətrafımda görmək məni çox təəssüfləndirir. Bu da həm ailədən həm də mühitdən irəli gəlir.

Küçədə rastlaşdığım bir hadisə məni çox əsəbləşdirdi. Iki nəfər yeniyetmənin istəmədən söhbətlərinin şahidi oldum. Deməli biri o birisinə deyir ki “Əmim atama maşın (hansısa bahalı, tam eşitmədim) almaq istəyirdi, amma atam istəmədi, dedi ki, əşi nəyimə lazımdı”, o birisi də qayıdıb dedi ki, “Əşi sənin atan qoyundu da, heç elə fürsəti əldən verərlər?!”, həmin oğlan da təsdiqlədi ki, “hə qoyundu qoyundu da”.

Atası haqqında dostunun belə danışmasına, o cür reaksiya verməsinə heç tükü də tərpənməyən bu gəncin atasına qarşı olan bu münasibətinə nə ad verəsən axı?! Atasına heç bir hörməti olmayan bu gəncin gələcəkdə necə ata olacağını təsəvvür belə etmək istəmirəm.

Başqa bir qız tanışımın isə anası ilə rəftarı, onu heç saymaması, sözlərini qulaq ardına vurmasını görəndə hər dəfə onu danlayıram, amma heç bir faydası yoxdur. Bu ilk növbədə valideynlərdən asılıdır, onları uşaqlara bəzən heç də yaxşı nümunə olmurlar, övladlarına böyüklərə, ən əsası isə valideynlərinə qarşı hörmət saxlamağı öyrətmirlər.

Bunu əslində heç öyrətməyə də ehtiyac yoxdur, ata ananın bir-birinə olan münasibəti övladın da onlara qarşı münasibətini tənzimləyir, nizama salır. Bəzən isə mühit bizə pis nümunə olur və valideynə qarşı kobud, yersiz rəftar edirlər.

Bizi bu yaşa kimi böyüdən, sözün əsl mənasında hər bir əziyyətimizə qatlaşan valideynlərimizə heç bir vəchlə pis rəftar edə, hörmətsiz davrana bilmərik, buna haqqımız yoxdur. Allah valideynlərimizin canını sağ etsin, istənilən yaşda onlara ehtiyacımız olur!

  25385   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up