Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
24 Февраля 2014

Xınayaxdı mərasimi üçün tapdığım maraqlı haxıştaları sizinlə də paylaşmaq istəyirəm

Xalqımızın maraqlı və ən əsası dəyərli toy adət-ənənələri vardır. Oğlan və qız toyları ayrılıqda olur və qız toyundan əvvəl regiondan asılı olaraq xınayaxdı mərasimi keçirilir.

Bu mərasimdə ancaq qızlar və qadınlar iştirak edirlər. Süfrə açılır, yeyilir, içilir, daha sonra isə xınayaxdı mərasimi başlanır. Bu mərasimə rəng qatan və onu daha da maraqlı edən bir cəhət isə haxıştalar deyilməsidir.

Bu yaxınlarda rəfiqəmin xınayaxdı mərasimi oldu, özümüz təşkil etdiyimiz üçün haxıştalar axtarmağa başladım. Müxtəlif mənbələrdən tapdığım o haxıştaları sizinlə də paylaşmaq istərdim.

Mərasimə şənlik qatan, onu daha da əyləncəli edən haxıştaları əsasən qızlar deyirlər, 4 sətirdəın ibarət olur və hər sətirin sonunda xor şəklində “haxışta” deyilir.


Köynəyinin üstünə
Ətir səpim üstünə
Neynim nişanlın var
Məni də al üstünə

Qaynanam gəlir məsciddən
Tumanı ala çitdən
Qaynanamı saymıram
Qapıdakı ala itdən

Oğlum elə bil anasıdır
Kopya ay parçasıdır
Gəlin gör nəyə oxşayır
Elə bil camış balasıdır

Qızım elə özümə çəkib
Mənim qızıma göz dəyməsin
Qışqıraram kar olarsan
Səsin özünə xoş gəlməsin

Qaynana üz vermə
Yoxsa boynuna minər
Əgər həyasız olsan
Səni bir o qədər çox istəyər

Qızılgül oyum oyum
Dərim qoynuna qoyum
Yağış yağar yer doymaz
Mən səndən necə doyum?

Sancağı ay sancağı
Su tök yuyum sancağı
Elə xoşuma gəlir
Oğlanın utancağı

Alma atdım nar gəldi
Kətan köynək dar gəldi
Qapıya kölgə düşdü
Elə bildim yar gəldi

Araz üstə buz üstə
Kabab yanar köz üstə
Oğlanı dərd öldürər
Bir alagöz qız üstə

Qab-qacağım rəfdədir
Hərə bir tərəfdədir
Hər gün gördüyüm yarı
Görmürəm 1 həftədir

Ağ dəvə düzdə qaldı
Yükü Təbrizdə qaldı
Oğlanı dərd apardı
Dərmanı qızda qaldı

Ekidi bekidi bilmirəm
Maskviçə minmirəm
Qaz 24 gəlməsə
Mən zaksa girmirəm

Bağımızda göy xiyar
Boyu boyuma uyar
Ikimiz bir cüt sona
Ayırmağa kim qıyar?

  242361   1

Войдите что бы оставить комментарий

Rahin Aliyev
11 Января 2015
bu sozleri yazan yeqin ata anasinan bu cur terbiyye alib yeqinki oz vadeyinlerine bu sozleri samil eliyir yazanda valideyine hesr elediyi sozleri bura yazmasin o axmaq kimdise !!!!!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up