Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
24 Февраля 2014

Niyə milli rəqslərimizi deyil, əcnəbi rəqsləri öyrənirik?

Rəqs etməyi çox sevirəm. Xüsusilə də milli rəqslərimizi. O qədər gözəl rəqslərimiz var ki, baxdıqca baxmaq istəyirsən. Heyvagülü, İnnabı, Uzundərə, Yallı, Naz eləmə, Turacı və.s kimi rəqslər insanın ruhunu oxşayır.

Bu rəqslər xalqımızın tarixini, adət-ənənələrini özündə əks etdirir. Mən insanların nə üçün milli rəqslərimizi deyil, əcnəbi rəqsləri seçməsini dərk edə bilmirəm. Düzdür gözəl rəqs növləri çoxdur, saymaqla qurtarmaz.

Mən heç də əcnəbi rəqs öyrənməyə qarşı deyiləm, sadəcə olaraq başqalarına dəyər verməzdən əvvəl özümüzə dəyər verək. Başqalarının adət-ənənəsinə hörmət edək,ancaq “əvvəl məscidin içi,sonra çölü” ifadəsini də unutmayaq. Özümüz özümüzə dəyər verməsək, əlimizdə olanların qədrini bilib, onları qiymətləndirməsək, hörmət etməsək başqasından bunu necə gözləyə bilərik?

Ölkəmizə gələn əcnəbi qonaqlar bizim rəqslrimizə elə heyranlıqla baxırlar ki, onda nələrə sahib olduğunu dərk və dəyər vermədiyini dərk edirsən. Milli rəqslərə deyil, əcnəbi rəqslərə üstünlük verildiyinə daha çox toy mərasimlərində şahid oluruq. Yaxın bir tanışımın toyunda milli rəqsimizə xüsusi ritm qatıb, onu əcəbiləşdirərək necə rəqs etdiklərini görəndə çox təəssüf hissi keçirdim və sözün əsl mənasında məyus oldum.

Avropaya inteqrasiya özünü unutmaq, keçmişini danmaq demək deyil axı. Bu gün ermənilər bizim milli rəqslərimizə, milli musiqilərimizə, dahilərimizə sahib çıxıb özlərininki edirlər . Biz isə bunların qədrini bilmir, dəyər vermirik. Həyatımızın ən gözəl günü toyumuzda belə əcnəbi rəqs dərsləri alırıq. Özümüz özümüzünkünə sahib çıxsaydıq vaxtında indi hər şey tam fərqli ola bilərdi. Özümüzü unutmayaq ki, başqaları da bizi unutmasın, dəyər versin.

  1571   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up