Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
24 Февраля 2014

Həkim-Kosmetoloq Tamella xanım öz sahəsinin mütəxəssisi olmaqla mənə çox yardım etdi

Üz dərisində müxtəlif səbəblərdən qaynaqlanan problemlər yaranır. Bu problemlər komplekslərə, cəmiyyətdən, dostlardan, ətrafdakılardan təcridə qədər gedib çıxa bilər. Belə olan halda ilk növbədə həkimə müraciət etmək ən doğrusudur.

Mən isə üzümdəki problemlərdən dolayı ilk öncə kosmetoloqa müraciət etdim, bir rəfiqəmin ailəvi dostudur. Tanış olmasından əlavə bu xanım həm də həkim-kosmetoloqdur. Onun həkim olması bildikdə ürəyim lap rahat oldu, əgər inamım olmasaydı o xanıma bilirdim ki, heç bir nəticə olan deyil.

Xalqlar dostluğu metrostansiyasının yaxınlığında, Laçın ticarət mərkəzindən üzüyuxarı qalxdıqda Elleza gözəllik salonu var, kosmetoloq həkim Tamella xanım məhz orada işləyir. Mən ilk olaraq onun yanına getdikdə üzümdəki problemin daxildən qaynaqlana biləcəyini və məni analiz verməli olduğumu dedi. Lazımi analizləri verdikdən sonra Tamella xanım müalicəyə başladı.

Digər kosmetoloqlar kimi iynə və tez bir vaxtda həm də yalnız müalicə müddətində effektli olan dərmanlardan istifadə etmirdi. Özü də çox savadlıdır, həkim olduğundan əlavə təsirlərin yarana biləcəyini nəzərə alaraq kimyəvi dərmanlardan yan qaçır. Bu sahə üzrə Moskvada da kurs keçib, əvvəllər isə Gözəllik institunda işləyib. Özünün hazırladığı dərmanlardan mənə də verdi və istifadə qaydalarını başa saldı.

Işləmə şəraiti də çox səliqəli və təmizdir, özü də mehriban olduğundan onun yanında sıxılıb çəkinmək mümkün deyil, adam özünü rahat hiss edir.

Onun müalicəsi sayəsində üz dərimdəki problem həll oldu. Əgər sizin də bu kimi probleminiz varsa həkim-kosmetoloq Tamella xanıma müraciət etməyinizi əminliklə tövsiyyə edirəm.

  3712   4

Войдите что бы оставить комментарий

R R
26 Февраля 2014
Tesekkurler!

Lamiye Abbasli
26 Февраля 2014
salam, 0503700151, Toma xanım da deyirlər

R R
26 Февраля 2014
mumkundurse mobil nomresini yazardiniz Tamella xanimin? zeng edib vaxt teyin ederdim...tesekkurler

R R
26 Февраля 2014
Salam





Последние отзывы категории - Врачи и специалисты

Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzində çalışan Elmara xanımdan çox razı qaldım
Врачи и специалисты

8 saylı Stomatoloji Klinikada işləyən Dürdanə həkim işində professionaldır
Врачи и специалисты

Dr. Yusifzadə Fəxriyyə - çox savadlı və işinə məsuliyyətlə yanaşan həkim-oftolmoloqdur
Врачи и специалисты

"Diyetoloq" ümumiyyətcə nədir? Kimsə bizim orqanizmimizi bizdən yaxşı tanıyır?
Врачи и специалисты

"Belle Femme" estetik mərkəzində işləyən Sevinc xanım məsləhətli Həkim-kosmetoloqdur
Врачи и специалисты

"Medozon" klinikasında çalışan stomotoloq Daşqın həkimin işindən çox razı qaldım
Врачи и специалисты

Psixoloqa getmək dəlilikdir?
Врачи и специалисты

Dermatoloq Araz Kazimov - düzgün seçim etdiyimi anladım
Врачи и специалисты

Əgər psixoloqa ehtiyacı olan uşaqlar kənarda psixoloq axtarırsa onda məktəb psixoloqlarının işi nədən ibarətdir
Врачи и специалисты

Косметолог

  Положительных отзывов: 2

  Отрицательных отзывов: 0


up