Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
21 Февраля 2014

Bəzi apteklər icarə qiymətlərini xəstələrin kürəklərindən çıxarırlar! Nəyə görə?

Hamımızın apteklərə işi düşür. Lakin dərmanların qiyməti apteklərdə eyni olmur. Özü də fərq qəpik ilə yox, hətta çox hallarda manatla ölçülür. Mənim başıma bucür hadisələr çox gəlib. Ona görə də lazım olan dərmanları almamışdan qabaq bir neçə aptekə ya zəng vurub, ya da gedib qiymətlərini öyrənirəm və sonra seçimimi edirəm.

Axır vaxtlar çox eşitmişik ki, Səhiyyə Nazirliyi tərəfindən apteklərdə yoxlamalar aparılır, bəzi dərmanlar müsadirə olunur, dərmanların qiymətlərinə xüsusi nəzarət olunur və s. Lakin mənzərə dəyişmir ki, dəyişmir.

Yazacağım hadisə 2-3 gün ərzində olan hadisədir. Qonşu qadın bizə gəlmişdi və söhbət əsnasında elə apteklərdən söz açdı və öz narazıçılığını mənimlə bölüşdü. Belə ki, ona “Mikolak” adlı bir dərman lazım idi və ona görə şəhərin mərkəzində olan apteklərdən bu dərmanın qiyməti ilə maraqlanmışdı. Mərkəzi aptek, Zəfəran aptek, İstanbul apteklərində bu dərmanın qiyməti 38 manat və 38 manat 50 qəpik arasında dəyişirdi...

Lakin dediyinə görə kiçik apteklərdə, məhəlləiçi olan apteklərdə isə bu dərmanın qiyməti 27-28 manat arası dəyişir. Fərq açıq-aşkar ortadadır. Qonşumuzdan soruşdum ki, lazım olan dərmanı aldınmı?! Dediki hələ yox, çünki hələ bir neçə apteklə də maraqlanacaq.

Adi bir baş ağrısına görə həkimə gedəndə həkim 1 vərəq resept – dərman, iynə yazır (hamısıda bahalı və firma dərmanları). Niyə görə insanlar xəstə-xəstə gedib dərmanları münasib qiymətə satan apteklər axtarmalıdır? Mən heç cür bu məsələni başa düşə bilmirəm. Dərmanların qiymətləri eyni olmamalıdırmı? Apteklərin icarə qiymətlərini xəstələrin kürəklərindən çıxarmalıdırlar?

Hər dərmanın standart qiyməti olmalıdır və heç bir aptekdə qiymət fərqi olmamalıdır. Üstəlikdə bu qədər fərq! Yəqin ki Səhiyyə Nazirliyi bu məsələyə kifayət qədər nəzarət etmir. Bu mənim subyektiv fikrimdir və mənim kimi sadə vətəndaşları bu məsələ narahat edir.

  4419   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории -

"Nestle"nin "Nesquik Duo" şokoladlı səhər yeməyi ilə siz də gününüzü daha pozitiv başlayın:)

“MaXem chemicals” asetonu 2 dəfə istifadədən sonra artıq zibillikdə idi!!!

Xalq artisti adını daşıyanlara bir bax, biyabırçılıq

"Планета Обезьян: Революция" - Не хотелось бы, чтобы такое произошло на самом деле

Kofein tərkibli “Черный Жемчуг” İdeal dəri skrabı – həqiqətən də ideal dəri effekti yaradır

"Серебристый луч надежды" или "Мой парень-псих"! - сравнение фильма и книги

Капли Називин - реальная помощь маленькому заложенному носику

Магги для пельменей по-уральски - блюдо получилось сухим и невкусным

Heyvanların “sevimli” Zooparkı və ya övladını ora aparmaqdan utanan Ata

Аптеки

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up