Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
20 Февраля 2014

Saçları uzatmaqla bərabər yeni tüklərin çıxmasına kömək edən maskanın resepti

Saçların tökülməsi, qırılması, canlılığını itirməsi qadınların ən yaralı yerlərindən biridir. Ona görə də bu kimi hallarla qarşılaşdıqda tez bir zamanda həll yolu tapmağa çalışırıq. Ən çox da saçların tökülməsi istər istəməz bizdə kompleksə, narahatlığa səbəb olur.

Mənim də saçlarım axır vaxtlarda tökülməyə başlamışdı. Bundan əlavə saçlarımın uzanmasını da çox istəyirdim. Effektli maskalar axtarışında idim, xalamqızı mənə xardal maskasını məsləhət gördü, deməli maskanın tərkibi belədir:

Xardal: 2 xörək qaşığı
Yumurta: 1 ədəd
Yağ: 2 xörək qaşığı
Şəkər tozu: 2 xörək qaşığı

Xardala 2 xörək qaşığı qaynar su qatılaraq tam həll olunana kimi qarışdırılır. Sonra 1 yumurtanın sarısını qarışığa əlavə edib 2 xörək qaşığı yağ (fərqi yoxdur hansından, hər hasnı kosmetik yağı), sonrada 2 çay qaşığı şəkər tozunu qatılır və hamısı birlikdə yaxşıca qarışdırılır. Saçı ayırıb hissə-hissə ancaq diblərinə çəkmək lazımdır, saç qurumasın deyə uclarına da kosmetik yağdan çəkmək olar.

Bu maskanı çəkdikdən sonra ən azı yarım saat saxlamaq lazımdır. Baş dərisini çox qıcıqlandırdığı, yandırdığı üçün çox saxlamaq olmur. Bu maskanı həftədə 1 dəfə etmək olar.

Maska çox effektlidir, artıq başımda xırda tüklər çıxmağa və saçlarım uzanmağa başlayıb. Saçları tökülən və ya uzanmasını istəyənlər üçün bu maskanı əminliklə məsləhət görərdim.

  33116   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Секреты красоты

Saçınız tökülür? Ev şəraitində özünüz buna çarə tapa bilərsiz. Resept!
Секреты красоты

Xurmadan çox gözəl maska resepti rəydə ...
Секреты красоты

Qış aylarında istifadə etdiyim 2 maska reseptini sizlərlə bölüşürəm
Секреты красоты

İstifadə etdiyim nəmləndirici effektli 2 maska resepti rəyimdə ...
Секреты красоты

Üz üçün təbii kremin faydasının özümüz şahidi olduq - hazırlanma qaydası rəydə...
Секреты красоты

Qara və qırmızı qarağatdan yağlı və normal (quruluğa meylli) dərilər üçün özümün faydasını gördüyüm üz maskaları
Секреты красоты

Saçlarınızı mineral su ilə yaxalamağı bir vərdişə çevirin və nəticəni özünüz görün!
Секреты красоты

Mənim faydasını gördüyüm çiyələkli maskadan siz də istifadə edin
Секреты красоты

Dəniz duzu ilə dərini pilinq etməyin əsl zamanıdır. İstifadə etdiyim sadə resept
Секреты красоты

Nəticəsini gördüyüm albalı tərkibli maska reseptləri
Секреты красоты

Уход за волосами

  Положительных отзывов: 12

  Отрицательных отзывов: 0


up