Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
19 Февраля 2014

Peyğəmbərimizin (s.a.s) evinin 3D görüntüsünü izləmək məni həm sevindirdi, həm də kövrəltdi

Bu yaxınlarda internetdə rastıma gələn bir görüntü məni çox həyəcanlandırdı, sevindirdi və hətta ağlatdı. Bu görüntü Hz. Məhəmməd Peyğəmbərimizin (s.a.s) yaşadığı evin 3D təsviridir. Səudiyyə Ərəbistanı dövləti Peyğəmbərimizin (s.a.s) hədislərdə təsvir edilən yaşadığı evi ölçülərinə, əşyaların növünə, materiallarına və rənglərinə qədər eyni olan, yəni əslinə tam oxşar şəkildə ərsəyə gətiriblər.

Ciddədə nümayiş olunan və Peyğəmbərin (s.a.s) otağı adı verilən sərgini "online" olaraq da gəzmək mümkündür. Ev bir otaq, hamam və mətbəxdən ibarətdir. Hədislərə görə Peyğəmbərimizin (s.a.s) həsir yataqda yatmaqdan xoşu gəldiyi bildirilir. Buna görə də evdə bir ədəd həsir yataq, yerdə də həsir kilimlər yer alıb. Həmçinin divara asılmış ox və yay da diqqəti çəkən detallardır.

Həqiqətən bu otağı 3D seyr etmək insanı çox həyəcanlandırır. O vaxtlar da zəngin evlərdə, malikanələrdə yaşayanlar olub. Lakin Peyğəmbərimiz (s.a.s) bu cür yaşamağı üstün tutub. Halbuki bilirik ki, Peyğəmbərimizin (s.a.s) həyat yoldaşı Hz Xədicə zəngin qadın idi. Lakin o bütün var-dövlətini Allah yolunda kasıblara paylamışdı. Bu çoxumuza ibrət olmalıdır.

Peyğəmbərimizin (s.a.s) otağının 3D rəsminə baxmaq istəyənlər üçün imho.az saytında linki paylaşıram.

  2312   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Реклама и видеоролики

Bu video bir çox insanlar kimi məni də çox duyğulandırdı
Реклама и видеоролики

Adi süd reklamı olsa da ibrətamizdir
Реклама и видеоролики

Bu möhtəşəm musiqi layihəsinə qulaq asmağa dəyər
Реклама и видеоролики

Azərbaycanlılarımızın hər sahədə qələbələri bizi çox sevindirir
Реклама и видеоролики

Bu ailənin vəziyyəti doğrudan da acınacaqlı, ürəkağrıdıcıdır
Реклама и видеоролики

Heydər Əliyevin canlı portreti həqiqətən möhtəşəm idi
Реклама и видеоролики

Coca colanın bu reklamını çox bəyəndim
Реклама и видеоролики

Çox əla ideyadır. Kreativlik buna deyərdim
Реклама и видеоролики

"Yaşasaydım 23 yaşım ..." – biz onları unutmamalıyıq...
Реклама и видеоролики

Müqəddəs Kəbənin içini virtual ziyarət etmək istəyənlər oxusunlar
Реклама и видеоролики

Видеоролики

  Положительных отзывов: 27

  Отрицательных отзывов: 2

Рекомендованные Реклама и видеоролики


Videoroliklər
Реклама и видеоролики

Reklam
Реклама и видеоролики


up