Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
19 Февраля 2014

"Sovetski" problemi: 45000 AZN-ə indi Bakıda harada mənzil almaq olar?

Sovetski adlanan ərazidə xalam və onun ailəsi yaşayır. Bu ərazidə söküntü işlərininin başlanması ilə əlaqədar onların ailəsi çox narahatdır. Fevralın 16-sı onlara getmişdik. Xalam evdə idi, lakin oğlanları evdə yox idi. Xalam söylədi ki, Sovetskidə yaşayanlar 173 saylı məktəbin qarşısında dinc etiraz aksiyası keçirirlər və xalam oğlanları oraya gedib.

Mən xalama və həyat yoldaşına ürək-dirək verdim ki, bu dinc aksiyadır və yəqin ki, insanlar öz tələblərini sakit şəkildə söyləyəcəklər. Həmin gün xalam oğlanları evə gec qayıtdılar. Düzdü aksiya sakit və insidentsiz keçsə də onlar çox əsəbi görünürdülər.

Televiziya kanalları, xəbər portalları bu problemi işıqlandırsalar da hər şey ekranlarda göründüyü kimi sadə və normal deyil. İnsanlar çox narahatçılıq keçirirlər. Onlar öz hüquqlarını təmin etməyi tələb edirlər. Onlara verilən kompensasiya ilə ev almaq qeyri-mümkündür.

Xalamgilin evinin yaşayış sahəsi 26 m2 , ailə üzvlərinin sayı isə 5 nəfərdir. Deyilənlərə görə də 1 m2-a 1500 AZN verirlər. 45000 AZN-ə indi Bakıda harada mənzil almaq olar? Üstəlik bu ərazilər şəhərin “göbəyi” sayılır və onlar buranın köhnə sakinləridir (dədə-babalarından qalan evlərdir).

Sözsüz ki, bu sökülən evlərin yerində parklardan əlavə yəqin ki, yeni yaşayış binaları da tikiləcək. Çox maraqlı bir sual meydana çıxır ki, bu ərazidə tikiləcək yeni binalardakı mənzilləri camaata neçəyə satacaqsınız? Burada yaşayanların əksəriyyəti az sahəli mənzillərdə yaşayırlar və onlara təklif olunan kompensasıyanı qəbul etsələr onların başqa yerdə ev almağa heç bir imkanları olmayacaq.

Bu insanlar yalnız öyrəşdikləri əraziyə uyğun yerlərdə evlərə köçməyə hazırdırlar və başqa şərtlərlə onlar öz evlərini heç bir halda tərk etməyəcəklər! Sovet vaxtında bucür hadisələr baş verəndə insanları öz evlərinin tam dəyərində olan mənzillərə köçürürdülər. Hətta yadıma gəlir ki, Neftçilər prospektində bina çökmüşdü və binanın sakinləri həmin evin yerində tikilən yeni binaya – demək olarki elə öz evlərinə köçürülmüşdülər. Bəs indi nələr baş verir? Camaatın başını aldadırlar.

Əgər biz hüquqi dövlətdə yaşayırıqsa, bizim hüquqlarımızı qoruyan Konstitusiya var. Onun maddələrindən biri də - Mülkiyyət toxunulmazlığıdır. Bu maddəyə hər bir kəs – sadə vətəndaşdan tutmuş məmurlara kimi riayət etməlidir! Ümid edək ki, bu problem insanların hüquqları tapdalanmadan həll olunacaq...

  1881   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up