Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
19 Февраля 2014

"Əzilmiş fotoşəkillər" əsəri - yalnız bir həyatın tarixçəsi deyil, mənalı, doğru fikirlərin ünvanıdır

Bədii əsər oxumaq ən çox sevdiyim məşğuliyyətlərdən biridir. Hazırda müəyyən səbəblərdən elə də çox oxumasam da arada bir vaxtım olduqca mütləq bir kitab oxuyuram. Məktəb dövründə isə yay tətillərim bədii əsərlərlə keçirdi. Bu dəfə də seçimim müasir dövrün yazıçıları içərisində əsərlərini sevə-sevə oxuduğum Varis Yolçıyevin “Əzilmiş fotoşəkillər” romanı oldu.

Romanın süjeti adi həyatdan götürülüb. Bu yazıçı daima yenilikləri ilə fərqli bir tərz yaradır, bu dəfə də bədiiliklə publisistika mükəmməl şəkildə sintez olunub. Nəticədə ortaya son dərəcədə oxunaqlı, maraqlı, mənalı bir əsər çıxıb.

Deməli əsərdə bir qızın intiharı və intiharı ilə arxasında müəmmalı suallar qoyub getməsindən danışılır. Əsərdə müsahibə şəklində olan hissələrdə intihara aid maraqlı faktlar ortaya qoyulur. Elə düşünürdüm ki, qadınlar kişilərdən daha çox intihar edirlər, amma orada açıqlanan statistika göstərir ki, intihar edənlərin 63 faizi kişilər, cəmi 37 faizi isə qadınlardır.

Niyəsini açıqlamayacam, əsərdə həmin sahənin mütəxəssisi ilə olan söhbətlərdə bu barədə çox maraqlı fikirlər var. Özünü öldürmə, intihara cəhdlə bağlı o fikirləri oxuyan şəxs üçün bu bir növ dərs olar. Bu əsər düşüncə tərzimə, həyatla bağlı fikirlərimə də təsir etdi. Bu baxımdan da çox dəyərli, oxunaqlı əsərdir.

Əsər insanı daha dərindən düşünməyə, əlimizdə olanların və özümüzün qədrini bilməyə sövq edir. “Yəni doğurdanmı, həyat eləcə üç mərhələdən ibarətdir? Gəldin, gördün və getdin? Mübarizə meydanına atılmağın sonradan amansız və səndən qat - qat güclü olan Şərait adlı düşmənlə vuruşmağın deməkmiş yaşamağın, sadəcə olaraq. Həyat - 5 hərifdən ibarət bir isim. Ölüm isə bir hərf ondan kiçik olsa da, ona qalib gələ bilməsinə görə ondan da qat - qat böyük imiş...” bu da romandan olan bir neçə cümlə...

  4060   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Книги

Elxan Elatlının "Məhəbbətin gizli kodu" romanı oxucuyu öz əsrinə alır
Книги

"Поющие в терновнике" - роман о любви и вере, кто не читал обезательно прочтите
Книги

Ə.M.Talıbovun sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulmuş bu 2 dərs vəsaitini tam oxumusunuzsa test imtahanından keçmisiniz :)
Книги

"Портрет Дориана Грея" - классика актуальна всегда
Книги

На досуге разгадывать кроссворды очень полезно как детям, так и взрослым
Книги

"Üç aylıq mənəvi səfər" – bu kitab hər bir müsəlmanın bələdçisi ola bilər
Книги

"Учим цифры" - книжка для детей, к сожаленью, учит только 5 цифр – покупать не стоит
Книги

"Əlamətdar və tarixi günlər təqvimi" zəngin məlumatlarına görə təqdirəlayiq bir işdir
Книги

Книга с макетом динозавра порадует детишек, которые увлекаются этой темой
Книги

Книга "Завещание чудака" - почувствуй себя наблюдателем захватывающей игры
Книги

Смятые фотографии - Варис Йолчиев

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up