Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
17 Февраля 2014

Migel de Servantesin "Don Kixot" əsəri bu gün də aktualdır

Kitab oxumağı çox sevirəm. Böyük həvəslə və maraqla oxuduğum əsərlər çoxdur. Bunlardan biri də məşhur İspan yazıçısı Migel de Servantesin "Don Kixot" əsəridir. Migel de Servantesin XVI əsrə aid bu əsəri eyni adlı qəhrəmanın macəralarında bəhs edir.

Dünya səyahətinə çıxmış Don Kixot obrazının özünəməxsus bir yeri var. O cəsur, nəcib, xeyirxah biridir. Don Kixot kiçik bir kənd zadəganıdır. İlk səyahətindən sonra o əldən düşmüş halda özünü evə çatdırır və bir kəndli oğlanı özünə köməkçi götürür. Bu kəndli oğlana Sanço Pansa adını verir. Sanço onu sonrakı səyahətlərində də müşayiət edir. O bir uzunqulağın belində səyahətə çıxır. Bu da əsərin bir orijinal ştrixidir. Don Kixot səyahətlərə əldən düşmüş, lakin dünyaşöhrətli Rosinant adlı məşhur atı ilə çıxır.

Əsərin digər bir yaddaqalan obrazı da var. Bu Dulsineya obrazıdır. Don Kixot onu görməsə də onun Dulsineyaya ehtiyacı var.

Əsərdə maraqlı, insanda həm gülüş, həm də üzüntü doğuran səhnələr çoxdur. Don Kixotin içərisi qırmızı şərabla dolu olan tuluğla döyüşməsi həm gülməli, həm sadəlövh, həm də gülünc görünür. Bu obraz məhəbbət, insanlıq naminə xeyirxahlığa, hətta cəngavər şücaətinə hazırdır. Lakin həyat onun xəyallarını sərt bir şəkildə puç edir. Haqsızlığın hökm sürdüyü mühitdə onun fədakarlığı və romantik xəyalları romantik, günahsız və sadəlövh görünür.

Bu əsər Renessans dövrünün cəngavərlik haqqında olan romanlarına parodiyadır. Hər birinizin oxumağı məsləhətdir.

  14047   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Книги

Elxan Elatlının "Məhəbbətin gizli kodu" romanı oxucuyu öz əsrinə alır
Книги

"Поющие в терновнике" - роман о любви и вере, кто не читал обезательно прочтите
Книги

Ə.M.Talıbovun sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulmuş bu 2 dərs vəsaitini tam oxumusunuzsa test imtahanından keçmisiniz :)
Книги

"Портрет Дориана Грея" - классика актуальна всегда
Книги

На досуге разгадывать кроссворды очень полезно как детям, так и взрослым
Книги

"Üç aylıq mənəvi səfər" – bu kitab hər bir müsəlmanın bələdçisi ola bilər
Книги

"Учим цифры" - книжка для детей, к сожаленью, учит только 5 цифр – покупать не стоит
Книги

"Əlamətdar və tarixi günlər təqvimi" zəngin məlumatlarına görə təqdirəlayiq bir işdir
Книги

Книга с макетом динозавра порадует детишек, которые увлекаются этой темой
Книги

Книга "Завещание чудака" - почувствуй себя наблюдателем захватывающей игры
Книги

Хитроумный идальго Дон Кихот Ламанчский - Хитроумный идальго Дон Кихот Ламанчский

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up