Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
14 Февраля 2014

Valideynlərin övlada olan ifrat sevgisi nələrə səbəb olur?

Ailə quran hər bir cütlüyün ən böyük istəklərindən biri də övlad sahibi olmaqdır. Düşünürəm ki, övladını sevməyən valideyn yoxdur. Valideynlərin heç nəyi nəzərə almadan övladları üçün hər şey etməsi bunun bariz nümunəsidir.

Bu ifrat sevgi bəzən pis nəticələr də göstərir. Belə ki, ifrat sevginin nəticəsi olaraq valideyn hər dəfə övladın səhvlərindən keçir, ona səhvini başa salıb düzgün yol göstərmək əvəzinə “eybi yoxdur hələ uşaqdır, zamanla düzələcək” kimi sözlər deyirlər. Səhvi bir dəfə keçmək olar, ancaq dəfələrlə təkrar olunan səhvin “eybi yoxdur” deyə üstündən keçilməsini heç cür başa düşmürəm.

Və ya övladı hər dəfə çətinliyə düşən kimi tez qaçıb onun problemlərini həll edən valideyn düşünmür ki, onu bədbəxt edir. Mən demirəm ki, valideyn kənarda qalıb müşahidəçi mövqeyi tutsun, sadəcə olaraq bir az imkan versin ki,övladı çətinliyə düşüb, bərkdən-boşdan çıxıb, çıxış yolu tapmağı bacarsın.

Övladının bu problemi həll etməsində ona yardımçı olsun,daha onun yerinə problemlərini həll etməsin. Ölüm hər birimizin qismətidir. Bir gün dünyaya gəldiyimiz kimi, bir gün də köçəcik. Valideynlər də bir gün var, bir gün yox. Nə qədər acı olsa da bu reallıqdır. Ona görə də valideyn övladını özünün olmayacağı vaxta hazırlamalıdır. Öz problemini həll edərkən ona düzgün istiqamət verməli, səhv edərsə ona başa salmalıdır. Bunun nəticəsində valideynlərlə övladlar arasında düzgün münasibət qurulur,onlar artıq valideyn-övladdan çox dost olurlar.

Valideyn ona bir neçə dəfə kömək edib, yol göstərəcək və növbəti dəfə övlad özü bu vəziyyətdən çıxmağı bacaracaq. Əgər valideynlərimiz bizim yerimizə hər şeyi həll etsələr, bu bizim gələcəkdə nələrə sahib olmağımıza, öz ayaqlarımız üstüdə necə dumağımıza imkan yaradacaq? 

Təbii ki, heç nəyin qədrini bilməyəcik,hər çətinlikdə valideynin yanına qaçacıq, “onsuz da valideynlərim həll edəcək” deyib rahat yatacağıq. Belələrini saymaqla qurtarmaz. Ona görə də bu gün qurulan ailələrin çoxu tez bir zamanda dağılır. Axı çətinlik görməyən, öz problemlərini həll etməyi bacarmayan necə ailə sahibi ola bilər?

Mən bu günüm üçün valideynlərimə çox təşəkkür edirəm. Çünki onlar mənə öz problemlərimi həll edərkən düzgün yol göstəriblər, məsləhət veriblər, həyatın çətinliklərini göstəriblər, heç nəyin asan olmadığını başa salıblar. Bu gün onların sayəsində mən güclüyəm,hər çətinliyin öhdəsindən gəlməyi bacarıram. Valideynlər başa düşmürlər ki, övladı bütün problemlərdən kənarda saxlayıb,onun əvəzinə hər şeyi etmək sevgi deyil.

  1588   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up