Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
13 Февраля 2014

"Ürək simfoniyası" krab salatı – orijinal, dadlı salat + resept

Tez və asan hazırlanan salatları xoşlayıram. Bunlardan biri də tez-tez hazırladığım krab salatıdır. Çox rahat hazırlanma qaydası var, üstəlikdə çox dadlıdır.

Tərkibi:
Krab çubuqları 300 qr.
Xiyar – 1 ədəd,
Holland pendiri 100 qr,
Yumurta – 2ədəd,
Mayonez – 150 qr,
Duz, istiot – zövqə görə.

1. Krab çubuqları kubik-kubik doğranır, bir neçə çubuğun qırmızı hissəsi ayrılır (bəzək üçün).
2. Xiyar, yumurta da həmçinin kubik formasında doğranır.
3. Sürtgəcdən çəkilən holland pendiri əlavə edilir, üzərinə zövqə görə duz, istiot səpilir və daha sonra mayonezlə qarışdırılır. Üzərinə az miqdarda soya sousu da əlavə etmək olar.

Mən adətən adi günlərdə bu salatı elə yazdığım reseptdəki formada hazırlayıram. Amma xüsusi günlərdə, bayramlarda (üstəlik qabaqda Valentin günü gəlir:)) isə nisbətən fərqli edirəm. Yəni içindəki inqredientlər eynən qalır, amma salatı boşqaba ürək formasında yerləşdiriəm, üzərini isə əvvəlcədən bəzək üçün saxladığım (krabların qırmızı hissələrini ürək formasında kəsib saxlayıram) ürək formasında qırmızı krablarla bəzəyirəm. Həm dadlı, həm gözəl, həm də orijinal salatdır. Məsləhətdir.

  6257   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Салаты

  Положительных отзывов: 15

  Отрицательных отзывов: 0


up