Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
13 Февраля 2014

Axı nə qədər intihar xəbərləri eşitmək və oxumaq olar?!

Son vaxtlar mətbuatda, televiziyada intihar edənlər barəsində xəbərlərin sayı günbəgün artmaqdadır. Özünü yandıran, hündürmərtəbəli binadan atan, özünü asanlar, dərman içənlər və s. yolla intihara cəhd edənlərin və bunun nəticəsində həyatını itirən və ya şikəst qalanların sayı çox təəssüf ki, daha da artmaqdadır.

Özünə qəsd və intihara cəhdlə bağlı 2013-cü ilin statistikasını görəndə isə dəhşətə gəldim. Təkcə bir il ərzində 922 nəfər intiharı və özünü öldürməyə cəhdlə bağlı müraciət daxil olub. Bu rəqəm sadəcə inanılmazdır. Artıq ölüm ucuzlaşıb, insan gör hansı hala çatır ki, özünü öldürmək istəyi yaranır onda.

Buna təsir edən bir çox amillər də var, bunlardan biri də intihar xəbərlərinin tez-tez yayımlanmasıdır, bunu oxuyan və ya buna baxanlarda öz psixoloji təsirini göstərir. Belə xəbərlər adi bir halmış kimi efirlərdə və internetdə yayımlanmamılıdır.

Digər təsir edən bir cəhət isə film və seriallardır. Oradakı qəhrəmanların kiminsə gözünü qorxutmaq üçün intihara cəhdini görən 14-15 yaşlı qız və ya oğlan bunu özünə nümunə götürərək valideynlərini və ya sevgilisini qorxutmaq məqsədilə intihara cəhd edir,amma əslində onun ölməyə niyyəti də olmur.

Amma belə halların əksəriyyəti də elə ölümlə nəticələnir və faciə baş verir. Xüsusilə yetkinlik yaşında olanlar bu üsula tez-tez əl atırlar, valideynlər daha diqqətli olmalıdır ki, uşaq öz dərdini məhz ata anasına desin, birlikdə problemdən həll yolu tapsınlar. O cümlədən artıq oğlan qız münasibətləri də adiləşib, tez-tez sevgilisi aldatdı deyə intihar edənlər barəsində xəbərlər eşidirik.

Artıq insanlar üçün heç bir dəyər anlayışı qalmayıb, nə hörmət, nə sevgi, nə sadaqət nə də başqa dəyərlər. Bəziləri isə imkansızlıq ucbatından bu yola əl atırlar. Ümumilikdə isə bu günahdır, insan heç bir vəchlə həyata küsməli, ömrünü yarımçıq kəsməli deyil. Ölmək heç bir zaman çıxış yolu ola bilməz. Ölməklə sadəcə günah qazanmış olar insan. Hər bir şeyin çarəsi var, ölümdən başqa, deməli hər bir problemdən çıxış yolu tapmaq mümkündür. O insanları qınaya da bilmərəm, psixoloji cəhətdən hər kəs möhkəm, iradəli ola bilməz, elə bir nöqtəyə gələr ki, ancaq bu çıxış yolu olar onun üçün. Amma bu hala heç cür haqq qazandırmaq da olmaz.

  1585   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up