Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
12 Февраля 2014

Azyaşlılara telefon vermək nə dərəcədə düzgündür?

Artıq elə bir dövrdə yaşayırıq ki, hər kəs telefodan, komputerdən istifadə etməyi bacarır. Əgər xeyli bundan əvvələ kimi komputer işlətməyi bacarana, mobil telefonu olan insanlara heyrətlə baxılırdısa, artıq indi ən ucqar kəndlərdə yaşayan insanlar da bunları bacarır.

Bəzən elə hadisələr olur ki, telefon sənə mütləq gərək olur və ya uzaqda yaşayan qohumunla əlaqə yaratmaq zərurəti yaranarsa telefon köməyə çatır və “nə yaxşı ki bu telefonları icad ediblər” deyə düşünürük.

Lakin mən azyaşlıların telefon işlətməsinə tam qarşıyam və bunu böyük bir səhv hesab edirəm. Təbii ki, burada ən böyük səhv valideynlərindir. Indiki dövrdə adama elə gəlir ki, uşaqlar da böyükdür, bəzən elə danışırlar ki, mat qalırsan.

Valideynlər onları dərsə yönəltmək, düzgün davranış qaydaları oyrətmək əvəzinə “filankəsin uşağında telefon var, mənim uşağımda da olmalıdır, nəyi əskikdir ki ondan?” və.s kimi sözlər deyirlər. Bu uşaqların demək olar ki, yarıdan çoxu telefonla internetə girir, onların baxmağı düzgün olmayan, onlara psixoloji cəhətdən pis təsir edəcək, onların tərbiyyəsini korlayacaq şeylərə baxırlar.

Hər gün nə qədər hadisələrinin baş verdiyini eşidirik. Uşaqlar hər şeyə maraqlı olduğundan iternet vasitəsilə hər cür xəbər və ya videoları izləyirlər. Bu onlara pis təsir etməyə bilməz. Əgər birinin problemi olub intihar edibsə, bu xəbər və ya video psixoloji olaraq uşağa təsir göstərir və hər hansı bir problemlə qarşılaşarsa onu həll etmək əvəzinə çıxış yolu kimi intihara əl atır. Çünki nə qədər böyük insanlar kimi düşünsə də o, uşaqdır və ətrafında olan hər şey ona təsir edir.

Məgər valideyn telefon alıb uşağına verərkən bu cür problemləri fikirləşmir? Yoxsa nəzarət edə biləcəyni düşünür? Axı bu nəzarət nə qədər davam edəcək? 5 gün? 1 ay? Valideyn nəzarət etdiyini düşünür, övlad isə özünü elə aparır ki, guya valideynin tapşırıqlarına əməl edir və nəticədə yalan danışmağı oyrənir. Bu isə artıq onun gələcəkdə necə insan olacağını sual altına qoyur.

Valideyn övladını düşünürsə bu kimi şeylərə diqqət yetirməlidir. Telefondan istifadəyə icazənin də öz vaxtı var. Hələ məktəbə ilk addımlarını atmayan uşaqlar belə telefon işlədir. Mən o uşaqların halına şox acıyıram və onların gələcəkdə yaxşı və ya pis insan olmaqlarında valideynin böyük rolu var. Bəlkə də bu fikirlərimə görə məni qınayan və ya haqq verən var. Sadəcə olaraq sağlam bir cəmiyyətimizin olmasını istəyirəm, əgər gələcəyimiz uşaqlardırsa onları düzgün istiqamətləndirməliyik.

  1402   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up