Kateqoriyalar
Şifrəmi unutdum
Email
Pero mağazasında dəftərxana ləvazimatlarının geniş seçim imkanları var

Dəftərxana ləvazimatlarını şəhərimizin bir çox mağazalarında tapmaq olar. Bəzilərində seçim etmək, istədiyini tapmaq asan olsa da bəzilərində ən adi bir qovluğu da tapmaq olmur.

Yeni il ərəfəsində iş yoldaşımla məktuba açıqca almaq üçün Əfzələddin Xəqani küçəsində, İdeal mağazasının yanında yerləşən Pero dəftərxana ləvazimatları mağazasına getdik. Mağazanın bir mənfi cəhəti kifayət qədər geniş olmamasıdır.

Amma burada kağız məhsulları, suvenirlər, açıqcalar, çantalar, ofis üçün steplerlər, stiker, qovluqlar, dəftərlər və s. məhsulları tapmaq olar. Ən çox diqqətimi çəkən müxtəlif cizgili dəftərlər oldu, dəftərlərin üç qabığında rus və ingilis dillərində hansısa dövrün tarixi və ya maraqlı yazılar var.

Xaricdə adi bir supermarketdə ad günləri, yeni doğulmuş körpələrin valideynlərinə, bayramlar üçün rəngarəng açıqcalar tapmaq mümkün olduğu halda bizdə belə seçim imkanı yoxdur. Məhz bu mağazada həm ad günləri həm bayramlar üçün şablonlar yazılmış açıqcalar almaq olar.

Elə Yeni il ərəfəsində də yeni ilə aid gözəl, gözoxşayan açıqcalar var idi. Bundan əlavə müxtəlif rənglərdə, ölçülərdə, cürbəcür qələmlər də satılır. Internetdə axtarış verdikdə bu mağazanın saytını da tapdım, bu sayt vasitəsilə sifariş etmək də mümkündür. Ancaq oradakı bölmələr doldurulmayıb. Elə ən yaxşısı gedib mağazada seçim etmək və almaqdır.

Açıqcalarda bəyənmədiyim bir cəhət Azərbaycan dilində yazıların olmaması oldu. Ancaq ümumilikdə istənilən zövqə uyğun və lazımi dəftərxana ləvazimatlarını burada tapmaq olar.


Şərhlər
Həmçinin oxuyun