Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
11 Февраля 2014

Zəlzələdən ibrət götürək – bu dünya heç kimin və hamınıdır

Yaxınlarda Milli Məclisdə yeni tikililərin qaz təminatı haqqında müzakirələr aparılmışdı. Bu təqdirə layiqdir. Bəlkə bu müzakarilərdən sonra qaz məsələsi öz həllini tapar, yeni tikililərə qaz xəttləri daha tez çəkilər və insanlar daha çox əziyyət çəkməzlər.

Lakin daha vacib bir məsələ də varki hörmətli deputatlarımız onu da heç olmasa, ən azından müzakirə etsəydilər pis olmazdı... Bu yeni tikililərə kupça (mülkiyyət kağızı) verilməsi məsələsidir. Hamıya məlumdur ki, yeni tikililərin əksəriyyətinin kupçası yoxdur. Elə insanlar var ki, neçə ildir yeni tikilən binalarda yaşayırlar amma hələ də kupça ala bilmirlər.

Hələ tək-tük kupçası olan evlərlə kupçası olmayan mənzillərin qiymət fərqini görəndə adam lap dəhşətə gəlir. Qiymətlər 2-3 dəfə baha. Maraqlısı da odur ki, əgər kupçası olmayan mənzildə artıq insanlar yaşayırsa həmin binaya kupça verilməsi üçün hər ailədən 100-200 AZN pul yığırlar. Amma yaşayış olmayan mənzilə kupça verilməsi üçün qiymət 2 dəfə qalxır (Məsəlçün: yaşayış olmayan, kupçasız 2 otaqlı mənzilin qiyməti 60.000 AZN idisə, kupça verilən kimi qiymət avtomatik 120.000 AZN-ə qalxır, üstəlik də remontsuz).

Bu hansı məntiqə uyğundur axı?! Bunun şəxsən özüm şahidi olmuşam ki, bu gün saytlarda evlərin qiyməti ilə maraqlanmışam kupça yoxdur deyə qiymət nisbətən münasibdirsə, 10 gün sonra kupça verildikdən sonra qiymət 2-3 dəfə bahalaşıb. Belə görünür ki, bina sahibləri süni şəkildə evlərin qiymətini artırırlar və külli miqdarda qazanc əldə edirlər.

Axı hansı xarici ölkədə qaz, kupça meyarı mənzillərin qiymətinə təsir edir??? Bu sadəcə bir qrup iş adamları üçün varlanma imkanlarıdır.

Əksəriyyət orta əmək haqqı ilə dolanan insanlar gözünü ipotekaya dikiblər. Amma açıq-aşkar görünür ki, bu sahədə heç də qabağa gedənə oxşamırıq. Çünki ipotekanı ANCAQ kupçalı mənzillərə verirlər. Kupça kağızı olan yeni tikililərə isə onların şişirdilmiş qiymətlərinə görə isə ümumiyyətlə yaxın durmaq mümkün deyil. Ona görə də ümid qalır köhnə tikililərə. Odaki köhnə binaları da yavaş-yavaş söküb, dağıdırlar.

Çox maraqlıdır bu yeni tikililəri kimlər üçün tikirlər axı? Belə çıxır ki, ipoteka götürən gənc yeni tikililərdə ev ala bilmirsə, bu binalar ancaq milyonerlər üçün tikilir? Axı hansı imkanlı şəxs keyfiyyətsiz şəkildə tikilən bizim bəzi tikililərdə yaşayar???

Ona görə yaxşı olar ki, ipotekanı kupçasız binalara da verilməsini tətbiq etsinlər. Ya da bütün yeni tikilən binalara şərt qoyulsun ki, kupçasız mənzillər ümumiyyətcə satışa çıxarılmasın.

Bundan əlavə əsas odur ki, evlərin bir REAL qiyməti olsun (kupçanın olub olmamasında asılı olmayaraq, uzaq başı 100-200 AZN fərqlə). Hər gün televizorda evlərin bahalaşması haqqında xəbərlər eşidirk. Belə getsə Bakıda palatkada yaşayan insanların sayı bom-boş, yaşayış olmayan yeni tikililərin sayından çox olacaq.

Heç olmasa dünən baş verən zəlzələdən ibrət götürsünlər. Dünya malı dünyada qalacaq, heç kəs özü ilə var-dövlətin aparmayacaq. Hər şey o uca yaradanın – Allahın əlindədir. O istəsə hər şey – tikdiyiniz və şişirdilmiş, real olmayan qiymətlərlə satışa qoyduğunuz binalar bir anda yerlə yeksan olar. Nəticədə isə aparacağınız ancaq pis və yaxşı əməlləriniz olacaq. Nə qədər gec deyil oyanın qəflət yuxusundan. Kim üçün tikirsiz o göydələnləri? İmkan verin tikdiyiniz binalarda işıqlar yansın!!!

İmho.az saytına da təşəkkür edirəm ki, insanların öz fikirlərini yazmaq üçün belə bir sayt yaradıblar. Düzdü inandırıcı olmasa da yəqin ki, bir gün adi vətəndaşların fikri də “kimlər üçünsə” maraqlı olacaq.

  1645   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up