Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
11 Февраля 2014

Küçəyə zibil atanları görməyə gözüm yoxdur heç!

Təmizlik tək özümüzdə və evimizdə olmalı deyil. Yolda gedərkən də ətrafımızın çirkli olması, yerə atılmış zibillər istər istəməz insana pis təsir edir. Bəzən insanlar digərlərini günahlandırsalar da özləri də yerə bu kimi zibilləri atmaqdan çəkinmirlər. Hər səhər şəhərimizin küçələri əksəriyyəti yaşlı qadınlar olan xadimələr tərəfindən təmizlənir. Heç olmasa o qadınlara yazığı gəlmirmi küçəyə zibil atanların?! Artıq dəfələrlə belə halların şahidi olmuşam, özü də bunu edənlər yalnız gənclər deyil, orta yaşlı insanlardır.

Bir dəfə marşrutda gedəndə bir qız su butulkasındakı suyu içdikdən sonra pəncərəni açdı və butulkanı yola atdı. Özü də bunu elə bir rahat şəkildə etdi ki, sanki belə də olmalıdır. Axı belə hala nə ad verəsən? Çoxmu çətindir o butulkanı saxlayıb düşəndə zibil qabına atmaq?! O qızın özündən küçəni zibilləyənlər barədə fikir bildirməsini desələr ağızdolusu danışaraq pisləyər belələrini, halbuki elə özü də elədir.

Düzdür şəhərdə hər yerdə zibil qabları yoxdur. Amma bu o demək deyilki hər bir zibili küçəyə atmaq olar. Əgər bu gün ata və ya ana öz övladının gözü qarşısında belə edirsə və bunun düzgün olmadığını başa salmırsa o övlad da gələcəkdə elə eyni şeyi təkrar edəcək.

Şəxsən mən özüm bu günə qədər bir dənə belə olsa, ən kiçik kağız parçasını belə küçəyə atmamışam, həmişə çantama qoyub evə qədər aparıb zibil qabına atmışam. Yanımda kimsə belə bir şey etsə məcbur edirəm ki, atdığını götürsün və birdə atmasın.

Şəhərimizin təmizliyi biz sakinlərdən asılıdır, durub bundan ötrü kimlərisə günahlandırmaqdansa ilk növbədə özümüzdən başlamalıyıq, təmizliyi biz qorumalıyıq. Təbii ki, burada zibil qablarının olmaması da təsir edici faktorlardan biridir. Onda belə çıxır ki, evdə zibil qabı yoxdursa zibili evin ortasına atmalıyıq. Xeyr! Zibil qabının qoyulmasına görə şikayət etmək olar, amma hər yerdə bu qablar qoyulana qədər zibili yerə atmaq düzgün deyil.

  1269   1

Войдите что бы оставить комментарий

Ilgar Iskandarov
11 Февраля 2014
Özümüz öz düşmənimizik. Sonra da başqalarını qınayırıq.





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up