Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
10 Февраля 2014

Sehirli bitki toxumları heç də sehirli olmadı!

Internet vasitəsilə alış-verişin geniş yayıldığı bir dövrdə maraqlı məhsulları mağazalarda tapmaq çətin olduğundan məhz internet vasitəsilə sifariş vermək daha asan başa gəlir. Məhz bu baxımdan hədiyyə seçimində çətinlik çəkdiyimiz zaman rahat bir şəkildə maraqlı məhsulları online tapmaq mümkündür.

Mən də belə etdim və facebookda bir qız sehirli toxum satdığını deyəndə mənə maraqlı gəldi. Qarşıdan rəfiqəmin ad günü gəlirdi, belə hədiyyənin çox maraqlı ola biləcəyini düşündüm. Ona görə də həmin xanımla əlaqə saxladım.

Şəkilləri də yerləşdirmişdir, deməli paxlalı bitki toxumunun üzərində I love you, I miss you, I kiss you, Friend, Love, Good luck, Smile, Thanks ve s. yazilar olur. Qız şəklillərini də yerləşdirmişdi, toxumu əkib 20 gün ərzində ona adi bir gül toxumuna qulluq edilən kimi qulluq etdikdə yarpaqlarında toxumun üzərində olan yazıların olduğunu yazmışdı.

Təbii ki, qeyri-adi gəldi və üzərində İ miss you, İ love you, Forever yazıları olanı seçdim və qızla görüş yeri təyin edib götürdüm. Götürdükdən sonra fikirləşdim ki, birinci birini özüm basırım və görüm necə olacaq. Belə də etdim, toxumdan normal formada bitki çıxsa da yarpaqlarında o sehirli sözcüklər olmadı.

Belə olmağına çox əsəbləşsəm də artıq ediləcək bir şey yox idi, qızın da səs sorağı gəlm ədi ondan sonra. Sevinmişdim ki, rəfiqəmə maraqlı bir hədiyyə verəcəm, ancaq alınmadı. Istədim burada yazım ki, siz də belə sehirli bitki toxumları görüb aldanmayasınız. Heç bir sehiri filan yoxdur!

  2668   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Растения

Öz gəlişi ilə bənövşə ətrini bizə bəxş edən ən gözəl fəsil
Растения

Китайская роза - не требует большого ухода, зато цветет часто. Мой любимый цветок
Растения

Китайская роза: Красота на вашем подоконнике
Растения

Волшебные семена с надписями

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up