Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
10 Февраля 2014

"Qılınc və qələm" - hər bir Azərbaycanlının oxumalı olduğu əsər

Elə əsərlər, kitablar var ki, onları hər bir Azərbaycanlı mütləq oxumalıdır. Bu əsərlərdən biri Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanıdır. Hələ neçə il bundan öncə bu kitabı oxumadığıma görə mənə irad tutulmuşdu. Əslində isə mən kitab oxumağı həddindən artıq çox xoşlayıram. Sadəcə rus dilində təhsil aldığım üçün daha çox rus ədəbiyyatına aid və rus dilinə tərcümə olunmuş onlarla kitab oxumuşdum.

Nəisə bu irad mənə hələ o vaxt çox toxundu və dərhal bu kitabı rus dilində də olsa tappıb, alıb oxudum. Həqiqətən oxuduqca heyran oldum. Çox maraqlı və düşündürücü əsərdir, bütünlüklə fəlsəfədir.

Romanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılmışdır. Əsərdə dahi şairin yaşadığı dövr, XII əsrdə olan Azərbaycanın işğalçılara qarşı mübarizəsi, xalq azadlıq hərəkatı çox ustalıqla qələmə alınıb.

Romanın birinci hissəsində iki qəhrəmana daha geniş yer verilmişdir. Bunlardan biri dahi şairimiz Nizami, digəri isə Fəxrəddindir. Nizami xalq qəhrəmanı Fəxrəddinin müdrik məsləhətçisidir. Əsərin digər əsas obrazlarından biri də Məhsəti Gəncəvidir. O Gəncədən sürgün olunur və Nizami Gəncəvinin onun Gəncəyə qayıtmasında böyük rolu olur.

Əsərdə qadın ağlının, qadın hiylə və cazibəsinin nələrə qadir olduğu göstərilib. Əsərdə tarixi faktlarla bədii təxəyyül ustalıqla əlaqələndirilib. Xalqımızın mənəvi və fiziki azadlıq qüvvəsinin rəmzi sayılan qılınc və qələm adı da burdan qaynaqlanır.

Oxumayanlara mütləq "Qılınc və qələm" romanını mütləq oxumağı məsləhət görürəm.

  4074   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Книги

Elxan Elatlının "Məhəbbətin gizli kodu" romanı oxucuyu öz əsrinə alır
Книги

"Поющие в терновнике" - роман о любви и вере, кто не читал обезательно прочтите
Книги

Ə.M.Talıbovun sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulmuş bu 2 dərs vəsaitini tam oxumusunuzsa test imtahanından keçmisiniz :)
Книги

"Портрет Дориана Грея" - классика актуальна всегда
Книги

На досуге разгадывать кроссворды очень полезно как детям, так и взрослым
Книги

"Üç aylıq mənəvi səfər" – bu kitab hər bir müsəlmanın bələdçisi ola bilər
Книги

"Учим цифры" - книжка для детей, к сожаленью, учит только 5 цифр – покупать не стоит
Книги

"Əlamətdar və tarixi günlər təqvimi" zəngin məlumatlarına görə təqdirəlayiq bir işdir
Книги

Книга с макетом динозавра порадует детишек, которые увлекаются этой темой
Книги

Книга "Завещание чудака" - почувствуй себя наблюдателем захватывающей игры
Книги

Меч и перо - М. С. Ордубади

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up