Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
08 Февраля 2014

Soçi Qış Olimpiya Oyunları - çox möhtəşəm açılış, mükəmməl təşkilatçılıq!

Məlumdur ki Rusiyanın Soçi şəhərində XXII Qış Olimpiya oyunlarına start verilib. Dünən ailəmizlə birlikdə Rusiya kanallarının birində Olimpiadanın açılışına baxdıq. Çox möhtəşəm və maraqlı açılış idi. Açılış mərasimi Soçinin "Fişt" stadionunda təşkil edilmişdi.

İlk öncə səhnəyə ayı balası, dovşan və bəbir gəldi. Onlar o qədər canlı görünürdü ki, elə bil həqiqi idilər, bütün cizgiləri tərpənir, maraqlı və çox şirin bir obraz yaratmışdılar. 80-cı illərdə də Rusiyada keçirilən olimpiya oyunlarının talismanı ayı balası idi. Sanki həmin o ayı balası qayıtmışdı. Sadəcə olaraq böyümüşdü. Fonda isə məşhur hamımıza məlum olan "Ну погоди" cizgi filminin mahnıları səslənirdi.

Olimpiyanın açılışı boyu Rusiyanın 1000 illik tarixi gözümüzün önündən keçdi. Çar I Pyotrun siyasəti nəticəsində Rusiya böyük bir derjavaya çevrilməsi o qədər mükkəmməl formada səhnədə canlanmışdıki, insan sadəcə heyrətlənə bilərdi.

Daha sonra Lev Tolstoyun "Sülh və müharibə" romanından səhnələr canlandı. Əsas fonda Nataşa Rostova, Pyer Bezuxov, Andrey Bolkonskiyin və digər yüzlərlə rəqqas gözəl vals rəqsləri, tamaşaları ilə səhnəyə gəlirlər. Gözəl rəqslərin getdiyi yerdə birdən qar yağmağa başlayır, hər yer bir-birinə dəyir, Rusiyada inqilab başlayır, hər tərəf qırmızı rəngə boyanır. Dağıntılara, müharibəkərə baxmayaraq Rusiya yenə inkişaf edir. Daha sonra səhnəyə Rusiyanın məşhur şair və yazıçılarının qəhrəmanları, əsərləri canlandırılır.

Əlbəttə Rusiya artıq inkişaf etmiş, sözünü demiş bir ölkədir. Ona görə də hər şey maksimum dırəcədə gözəl təşkil olunmuşdu. Rəyimdə yazdığım səhnələr hələ bəlkə 40% səhnələrdir. Bu il Olimpiya oyunlarının keçirilməsinin 100 ili tamam olur.

Nəhayət səhnəyə Olimpiya bayrağı gətirilir. Olimpiyanın rəmzi bəyaz fonda 5 rəngli dairədir. Bayrağı arenaya gətirənlərin arasında 1-ci qadın kosmonavt Valentina Tereşkova və məşhur, dünyaşöhrətli kinorejjisor Nikita Mixalkov da var. Budur artıq bayraq səhnədə dalğalanır...

Məncə Rusiya ədəbiyyatı, Rusiya incəsənəti, Rusiya filmləri, nəhayıt Rusiya tarixinə bələd olan, oxuyan insanlar üçün bu açılış mərasimi daha maraqlı gələcək və hər bir səhnənin mənasını daha çox anlayacaqlar. Ümumiyyətcə isə hamıya açılış mərasiminin lentlərinə baxmağı tövsiyyə edirəm. Təşkilatçılığa və maraqlı ideyalara söz ola bilməz. Əhsən!

  1692   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Олимпиады и чемпионаты

Bakı 2015 İlk Avropa oyunlarının yeni loqo və brendində milli ornamentlərimizin təsvir olunması sevindirici haldır
Олимпиады и чемпионаты

Futbol üzrə Dünya Çempionatının çox dinamik, şən mahnısı var
Олимпиады и чемпионаты

Bakıda keçiriləcək 2015-ci il Avropa oyunlarına həsr olunmuş şounu bəyəndim
Олимпиады и чемпионаты

Soçi qış olimpiadasında ölkəmizi təmsil edən idmançıların prinsipi bu imiş: "Əsas qələbə yox, əsas iştirakdır"
Олимпиады и чемпионаты

Олимпийские зимние игры в Сочи

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 1


up