Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
07 Февраля 2014

Yayda mütləq zoğal mürəbbəsi bişirin ki, qışda xəstələnən zaman köməyinizə çatsın - Resept

Qışın ən sevimli məhsullarından biri mürəbbələrdir. Təbii meyvələrdən hazırlanan mürəbbələr bir növ vitamin xarakteri daşıyaraq orqanizm üçün faydalıdır. Bazardan alınan bütün məhsulların keyfiyyətindən əmin olmadığımız üçün evdə də hazırlıq görmək və növbənöv mürəbbələr bişirmək hər cəhətdən kömək olur.

Qışda qrip geniş yayılan zaman xüsusilə də qızdırma olduqda zoğal mürəbbəsi ilə çay içmək qızdırmanın düşməsinə və tərləməyə kömək edir. Zoğal mürəbbəsi məhz qış üçün xarakterikdir.

Onun tərkibi C vitamini ilə zəngindir. Bu mürəbbə soyuqdəymə zamanı effektli olduğu kimi mədədə ağrı olan zaman da ağrıkəsici vasitə kimi istifadə oluna bilər. Bundan başqa zoğalın boğaz ağrısı üçün faydası mürəbbə halından əlavə onu meyvə şəklində əzərək içərisinə şəkər tozu qatıb soyuducuda saxlamaq olar. Hazırlanmış bu tərkibi qaynar suya töküb qarışdırmaq və içmək boğaz ağrısının dərmanıdır.

Zoğal mürəbbəsinin hazırlanması üçün 1 kq zoğala 1,2, 1.3 kq şəkər tozu və 2 stəkan su lazım olur. Şəkər tozu ilə sudan şərbət hazırlanır və meyvənin üzərinə tökülür. Bir gün öncədən zoğalı şəkər tozunda saxlamaq və səhır su töküb bişirmək olar.

Zoğal insan orqanizmi üçün çox faydalıdır, ürək xəstəliklərinə qarşı xeyirlidir, ishalı aradan qaldırır o cümlədən çəkini azaldır. Bütün bu müsbət keyfiyyətləri nəzərə alaraq zoğalı həm də adi meyvə kimi yemək lazımdır.

Düzdür çoxları onu eləcə yeməyi xoşlammırlar amma çəyirdəyini çıxarıb üzərinə bir az duz və ya şəkər tozu səpsəniz çox dadlı olar. Qış ərzində tez-tez bu meyvənin mürəbbəsindən istifadə sizi syuqdəymədən xilas edər.

  12199   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Варенья и джемы

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up