Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
10 Февраля 2014

Hicaba layiq olmayanlar niyə onu daşıyır?

Mənim qəlbim Allah sevgisi ilə doludur. Düşünürəm ki,bu hamıda belədir. Lakin bəzən elə şeylər görürsən ki, anlamırsan insanlara nə olub? Mən Allah yolunda oruc tutanlara, Onu səmimi qəlbdən sevənlərə və Ona inanlara, hicablı qadınlara çox hörmət edirəm və onları alqışlayıram.

Lakin elə insanlar da vardır ki, Allah qorxusunu unudub, müqəddəs saydığımız hicabı, namazı öz çirkin niyyətlərinin zəmanəti kimi istifadə edirlər. Danışanda da elə danışırlar ki, sanki hamı səhvdir, yer üzündə bunlar kimi təmiz niyyətli insanlar yoxdur. Bu cür çirkin niyyətli insanlara görə çoxları hicablılara inanmır.

Mən sizə məni məyus edən bir hadisəni şərh etmək istəyirəm. Bu hadisə Nərimanov metrosu yaxınlığındakı “Səbət” marketdə baş verib. Təbii ki, hər birimiz böyük marketlərdən bazarlıq edərkən sonda hesabı kassaya ödəməli olduğumuzu bilirik. Bu dəfə də eyni qaydada bazarlıq edilirdi. Bir qadının 2 manatı yadından çıxıb kassada qaldı və həmin qadından sonra növbədə hicablı bir qadın durmuşdu.

Qadın tələsik çıxan kimi növbə gözləyən hicablı qadın kassada duranın başının qarışdığını görüb tez 2 manatı götürdü, lakin kassada duran qız bunu gördü və qadından 2 manatı alıb “Ayıb olsun sənə başındakı hicabdan utan” dedi. Qadın isə heç nə olmamış kimi tez marketdən çıxdı.

Bu qadın demək ki, öz çirkin niyyəti üçün hicabdan istifadə edir. Yəni 2 manat sənin qıldığın namazdan üstündür? Bu cür insanlara görə Allaha səmimi qəlbdən inanan, heç bir təmənnasız öz borcunu yerinə yetirərək saf niyyətlə namaz qılan insanlara inam azalır. Bu cür alçaqlıqlar edənlərə heç bir söz tapa bilmirəm. Bir onu deyə bilərəm ki "Ar olsun sizə! Allahdan qorxun!".

  2034   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up