Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
06 Февраля 2014

Azərbaycan Dillər Universitetinin muhasibatlığının səhlənkarlığından illərdir yol pulunu belə borc alırıq

ADU-nun tələbəsi kimi ödənişsiz əsaslarla təhsil aldığım üçün hər ay smestrdə aldığım qiymətə uyğun olaraq təqaüd alırdım. Bəziləri üçün təqaüd heç bir önəm daşımasa da bu təqaüdlə kirayə pulu verənlər, xərcliyini çıxaran tələbələr də çoxdur.

Əvvəllər universitetin bank partnyoru AG bank idi, 3 il ərzində təqaüdü məhz bu bankdan almışam. Amma tək bir dəfə belə olsa təqaüd vaxtlı-vaxtında gəlməyib. Bəzən ayın ortasına qədər belə uzadıblar. Demək olar ki, hər yerdə kirayə haqqını ayın əvvəli vermək lazımdır. Məhz bu gecikdirmələr ucbatından hər dəfə ev yiyəsindən üzrxahlıq edənlər, 50-60 manata görə hətta borc alanlar da az deyil.

Mən də belələrindən olmuşam, hər ay səbirsizliklə təqaüdün gəlməsini gözləmişəm. Sual yaranar ki, niyə belə hallar yaşanır? Ona görə ki bizim muhasibatlıq çox ləng işləyir, öz işlərini vaxtlı-vaxtında etmirlər.

Hələ üstəlik özlərini elə aparırlar ki, guya bunlar belə böyük adamlardırlar, alçaq dağları bunlar yaradıblar sanki!

Ötən il düz 4 ay təqaüd üzü görmədi ADU-nun tələbələri, hətta bunun ucbatından kirayədən çıxmağa məcbur qalanlar da oldu! Həmin müddət ərzində ADU-nun bank partnyoru dəyişdi və Beynəlxalq bank oldu.

Düzü əvvəl elə bilirdim ki, təqaüdün gecikməsi bankın ucbatından olur. Beynəlxalq bankdan təqaüd alan tanışlarım var idi və vaxtlı vaxtında aldıqlarını deyirdilər. Onda bildim ki, bu bankların yox muhasibatlığın günahı imiş.

Kartın dəyişmə prosesi zamanı isə əməlli başlı əziyyət çəkməli olduq. Muhasibatlıqda işləyən bir xanım hətta mənim və tələbə yoldaşlarımın tələbə biletin yerə atmış və bizimlə çox kobud rəftar etmişdi. Şikayət etdik həmin işçidən və yaxşıca danlandı. Tələbəni adam yerinə qoymayan, yuxarıdan aşağı baxan o adamların bilik səviyyəsi o tələbələrdən qat-qat aşağıdır.

Illərdir ki, bu gecikdirmə halları davam edir, hələ indi də orada oxuyan tanışlarımdan maraqlandım və eyni halın davam etdiyini eşidəndə çox təəssüfləndim. Axı bu nə vaxta kimi davam etməlidir?! Tələbənin alnına yazılıb ki, elə həmişə sürünsün?! Artıq buna son qoymaq lazımdır. Heç olmasa mütəmadi olaraq tələbələrin təqaüd almasını təmin etmək lazımdır. Universitetimizin təhsili əladır buna heç bir sözüm yoxdur. Amma təhsillə yanaşı bu kimi mənfi hallara nəzarət güclənsə çox sevinərəm.

  2000   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Вузы, колледжи

Bakı İdarəetmə və Texnologiya kollecində əsl özbaşınalıq hökm sürür
Вузы, колледжи

"Şuşa musiqi kolleci"ndə tələbələrin əksəriyyəti pul hesabına “təhsil alır”
Вузы, колледжи

Kooperasiya kollecində 350 manat pul ödə və imtahanlardan azad ola bilərsən!
Вузы, колледжи

Azərbaycan Dillər Universiteti
Вузы, колледжи

Азербайджанский университет языков

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up