Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
06 Февраля 2014

Dəm qazından boğulma hallarının sayı günbəgün artır, ürəkağrıdan bir haldır

Insanların həyatını itirməsi, ölüm xəbərləri çox təəssüflər olsun ki, artıq adi bir hala çevrilib. Sanki hər gün mətbuatdan və televizaya kanallarından belə xəbərləri eşitməsək anormal bir hal hesab edərik. Qış dövründə isə ən çox dəm qazından boğulma hallarının artması barədə xəbərlər yayılır.

Bunun əsas səbəblərindən biri də məhz keyfiyyətsiz qazın olmasıdır. Indi nənə, babalarımız, böyüklərimiz deyirlər ki, “indiki qazdan qaz iyisi gəlmir, o vaxt bir damcı qaz ətrafa yayılan kimi qoxu aləmi bürüyürdü”. Elə bu səbəbdəndir ki, qazın evə dolub dolmamasını hiss etmək çox müşkül məsələdir.

Digər bir səbəb isə keyfiyyətsiz qaz sobalarının olmasıdır. Əsasən də həyət evlərində əksəriyyəti iran istehsalı olan qaz sobalarından istifadə olunur. Nə keyfiyyətindən əmin olunmayan nə də düzgün quraşdırılmayan bu sobalar birbaşa ölüm mənbəyidir.

Xüsusilə də ev soyumasın deyə gecə boyunca qazın yanılı qalması təhlükə yaradır. Bakı kimi küləkli bir şəhərdə qaz sobalarının turbalarının düzgün quraşdırılmaması küləyin qazı evə doldurmasına gətirib çıxarır. Evi isti saxlamaq üçün kondisanerlərdən istifadə də işıq enerjisinin çox sərf olunması baxımından heç də əlverişli deyil. Ona görə də məcbr olaraq qazdan istifadə etməli olunur.

Iran istehsalı olan sobaları almaq dəm qazından boğulma riskini artırmış olur. Bu sobaları da məhz bu işdən başı çıxanlar quraşdırmalıdır ki, evə qaz dolmasının qarşısı alınmış olsun. Onun üçün əlavə pul sərf etmək ailə üzvlərinin güvəndə olması deməkdir.

Son zamanlar əsas xəbərlər hamamda qazdan boğulub ölmə hallarıdır. Bunun da səbəblərindən biri piti minutkaların keyfiyyətsiz olmasıdır. Xüsusilə dı qış aylarında suyu daha çox qızdırmalı olduğumuz üçün qazın dolması da çox olur. Bundan əlavə mütləq hamamda hava yeri olmalıdır. Kiçik pəncərələri açıq qoymaq lazımdır. Belə ölüm hallarının adi bir hala keçməsinə yox qarşısının alınmasına çalışmaq lazımdır.

  1416   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up