Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
06 Февраля 2014

Divarlara yapışdırılan elanlar – kaş onlara da yasaq qoyulaydı!

Hər birimizə məlumdur ki, şəhərimizin binalarında lazımlı, lazımsız yapışdırılan elanlar çoxdur. Elə ərazilər də var ki, oralarda binaların divarları təzə yenilənib, təmir olunub, lakin heç bir ay keçmir ki, divarların üstündə elanlar görürük: alqı-satqı ünvanları, qaz, işıq ustaların unvanları və s.

Bir neçə ay bundan öncə bir binanın qabağından keçirdim və fikir verdim ki, hər blokun qabağında çadır icarəsi elanı yapışdırılıb. Hamıya məlumdur ki, çadırı artıq Azərbaycanda-Bakıda xoş günlər üçün, toy üçün quraşdırmırlar. Nəyə lazım bu cür elanlarla hər yeri doldurmaq?!

Bir neçə gün bundan öncə isə rəfiqəmgilin yaşadığı binanın divarlarının üstündə bir tədris mərkəzinin elanları gözümə sataşdı. Elana baxdıqca dəhşətə gəldim. Elanın yazılışında nə qədər səhflər var idi. Şəkilləri çəkdim ki, imho.az saytında paylaşım. Fikir verin: ibtidayi sinif, komputer, təcrübəli mulimlər, məktəbə qədər hazırlıq.

Hələ bu mənim gördüyüm bir elan idi. Mən özümdə filioloq deyiləm, amma ən azından ən lazımlı, ən bilməli olduğum yazı formalarını, qrammatikanı bilirəm. Mən demirəm, nəyisə bilməmək olar. Amma bu axı tədris mərkəzinin elanıdır. Bu cür səhflərlə elanlar tərtib edən, yazan tədris mərkəzlərinin müəllimləri başqalarına nə öyrədəcək? Axı elan birbaşa hansısa müəssisənin, tədris mərkəzinin bilik səviyyəsinin göstəricisidir. Ən azından öz elanlarının tərtibatına səhlənkarlıqla yanaşan tədris müsəssisəsi dərslərin keçilməsinə, başqalarına hansısa elmin öyrədilməsinə necə yanaşacaq?!

Ona görə bu cür savadsız elanların divarlara vurulub, binaların səliqəsinə xələl yetirməyindənsə, ümumiyyətcə bu elanların divarlara vurulmasına yasaq qoymaq məncə daha məqsədəuğun olardı.

P.S: Bu mənim subyektiv fikrimdir!

  2093   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Реклама и видеоролики

Bu video bir çox insanlar kimi məni də çox duyğulandırdı
Реклама и видеоролики

Adi süd reklamı olsa da ibrətamizdir
Реклама и видеоролики

Bu möhtəşəm musiqi layihəsinə qulaq asmağa dəyər
Реклама и видеоролики

Azərbaycanlılarımızın hər sahədə qələbələri bizi çox sevindirir
Реклама и видеоролики

Bu ailənin vəziyyəti doğrudan da acınacaqlı, ürəkağrıdıcıdır
Реклама и видеоролики

Heydər Əliyevin canlı portreti həqiqətən möhtəşəm idi
Реклама и видеоролики

Coca colanın bu reklamını çox bəyəndim
Реклама и видеоролики

Çox əla ideyadır. Kreativlik buna deyərdim
Реклама и видеоролики

"Yaşasaydım 23 yaşım ..." – biz onları unutmamalıyıq...
Реклама и видеоролики

Müqəddəs Kəbənin içini virtual ziyarət etmək istəyənlər oxusunlar
Реклама и видеоролики

Реклама

  Положительных отзывов: 9

  Отрицательных отзывов: 4

Рекомендованные Реклама и видеоролики


Videoroliklər
Реклама и видеоролики

Reklam
Реклама и видеоролики


up