Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
05 Февраля 2014

Eti Adicto Browni gold keksləri – çooox dadlıdır

Uşaqlar şirniyyat xoşladıqlarına görə hər dəfə evə gələndə onlar üçün maraqlı bir şirniyyat almağa çalışıram. Bu dəfə Eti Adicto Browni gold kekslərindən aldım. Düzdür bu şirniyyatdan birinci dəfədir almırdım. Artıq bir neçə ildir ki, bu şirniyyat bizim ailədə ən çox xoşlanılan şirniyyatdır.

Şokoladlı souslu şokoladlı kekslər qeyri-adi dadları ilə fərqlənirlər. Tərkibi 85 % keks, bitki mənşəli yağlar, şəkər, buğda unu, yumurta, fruktoza siropu, qlükoza və s.-dir. 100 qram məhsulun enerji dəyəri 420 kkal-dır. Keksin öz çəkisi isə 36 qramdır. Kekslər tünd kakao rəngli, tərkibində də, şokolad və şokolad sousu olduğu üçün sanki şokoladlı tort yeyirsən. Həqiqətən qeyri-adi, incə tamlı şirniyyatdır.

Adətən hazır keksləri bizim evdə çoxda bəyənməsələr də, bu keksləri məncə bəyənməyən olmaz. Hətta evinizə qonaq gözləyirsinizsə, bir neçə paket bu kekslərdən alıb, bağlamasından çıxarıb, xüsusi şirniyyat qablarına düzüb, yanına da qoz-fındıq ləpəsi əlavə edə bilərsiniz.

Əminəm ki, Eti Adicto Browni gold keksləri hər bir çay, kofe süfrəsini bəzəyəcək. Dediyim kimi bu şirniyyatın artıq bir neçə ildir alıcısı olduğumuz üçün əminliklə deyə bilərəmki, bu kekslər hələ də eyni əla keyfiyyətdə və gözəl, maraqlı dadda istehsal edilir.

  3846   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Продукты питания

"Rahat" çərəzli lokumun ağızda əriyən dadı yoxdur
Продукты питания

Bizim süfrədən acılı barbekü nar sousunu almağıma çox peşman oldum
Продукты питания

"Lays"dən pendir dadlı kartof çipsindən bir daha almaram
Продукты питания

"Adicto intense" şokolad ilə örtülmüş krem plomblu keks mükəmməl bir ləzzətdir
Продукты питания

Tort üçün "Domik v derevne slivki" qaymaq kremini çox bəyənirəm
Продукты питания

Bizim süfrə ketçupundan ketçup əvəzinə tomat dadı gəlir
Продукты питания

Mentos tropik miks saqqızı nəfəsi təravətləndirmək üçün ən dadlı seçimimdir
Продукты питания

Dərbənddən gətirilmiş "Деревенская" xamasının dadı heç xoşumuza gəlmədi
Продукты питания

Bizim tarla Pindjur salatı - çox dadlı və gözəl tamı var
Продукты питания

Bizim tarla Pindjur salatı - sanki tərkibi ancaq bibərdən ibarət idi
Продукты питания

ETI
Продукты питания

Eti Adicto Browni gold

  Положительных отзывов: 2

  Отрицательных отзывов: 0


up