Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şıxəli Melikov
03 Февраля 2014

Qubadakı "НТВ" restoranı həm yeri, həm də şərait və yeməkləri əla!

Bu qarlı qış günlərində yolumuz Qubaya düşmüşdü. Qubada işlərimizi həll etdikdən sonra artıq dincəlməyə və yemək yeməyə yer axtarırdıq. Hava qarlı, yollar sürüşkən olduğundan daha hündürlüyə, dağlara maşınla qalxa bilmədiyimizdən yolda (mərkəzə yaxın yerdə) bir Quba sakinindən normal ailəvi restoran maraqlandıq. O da bizə "НТВ" restoranını məsləhət gördü.

Düzü Qubaya daha çox yay aylarında getdiyimizdən çox vaxt Qəçreş, Təngəaltıdakı restoranlara gedirdik və razı da qalırdıq. Lakin yollar qar olduğundan o qədər də uzağa getmək mümkün olmadığından Quba sakininin məsləhət gördüyü və mərkəzə yaxın yerdə - Qırmızı qəsəbədə yerləşən "НТВ" restoranına yollandıq.

Doğurdan da maraqlı yerdə yerləşirdi. Nisbətən hündürlükdə yerləşən bu restoranın çox gözəl mənzərəzi və şəraiti vardı. Ayrı-ayrı otaqlar geniş bir balkona açılırdı. Balkondan isə Qırmızı qəsəbəyə və Qudyalçaya çox ecazkar mənzərə görünürdü. Bütün şəhər sanki insanın ayağının altında idi. Qar yağdığından hər yer ağaqqaq idi.

Otaqlarda istilik sistemi işlədiyindən çöl soyuq olsa da otaqlar isti idi. Restoranın isti və bağlı qış otaqlarından başqa şəhərə gözəl mənzərəsi olan yay verandası və otaqları da var idi.

Yeməklərinə gəldikdə isə - soyuq qəlyanaltı (tərəvəzlər, pendir və süzmələr, salatlar), isti düşbərə, tikə və lülə kabab, dana basdırması həqiqətən tərifə layiq idi. Çayları da samovar çayı.

Bir sözlə bu restorana gəldiyimizə peşman olmadıq. Görünür ki bizə "НТВ" restoranını məsləhət görən Quba sakini də elə-belə bu restoranı tərifləməyibmiş. Bir sözlə, Qubada yemək yeməyə gözəl mənzərəli və keyfiyyətli restoran axtarsanız "НТВ" restoranını seçin.

  2084   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рестораны и кафе

"Bir-iki" restoranı - burada bir dəfə məhz -"bir-iki dönərini" yeyən yenə yeyəcək
Рестораны и кафе

Womens Cafe - təəssüflə qeyd edirəm ki qiymətlər şişirtilmişdir
Рестораны и кафе

Chaikovsky cafe - şip-şirin məkan :) Çooox bəyəndim
Рестораны и кафе

Негативный отзыв о Coffeeshop Company Azerbaijan
Рестораны и кафе

"Kürə pizza" ailəvi restoranı - operativ çatdırılma xidməti və super keyfiyyətə görə təşəkkürlər
Рестораны и кафе

Рассеянные официанты портят все хорошее впечатление о "Мадо"
Рестораны и кафе

Пиццерия Papa John's - ожидания не оправдались
Рестораны и кафе

KFC-də daddığım dondurmanın dadı damağımda qaldı
Рестораны и кафе

"Tarihi Sultanahmet Köftəcisi" restoranının mənfi və müsbət hallar
Рестораны и кафе

"HR İskender" restoranı dadlı yeməkləri ilə rahat və təmiz məkandır
Рестораны и кафе

НТВ ресторан

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up