Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
03 Февраля 2014

Kələm və baldan xeyirli bir müalicə üsulu, sınanmış vasitədir!

Kələmin insan orqanizmi üçün əvəzedilməz rolu vardır. İlk növbədə duz əleyhinə ən yaxşı bir vasitədir. Onu çiy halda yemək əsl dərman hesab oluna bilər. Həzmin normal və düzgün olmasını istəyənlər kələmi çiy şəkildə yeyə bilməsələr də salatların tərkibində yeməkləri çox faydalıdır.

Sizə bu dəfə kələmin soyuqdəymə üçün olan faydasından yazmaq istəyirəm. Soyuq qış günlərində xəstəliklər öözümüzdən və yaxımnlarımızdan yan keçmir. Bu qış dövründə isə qripin ən pis növü yayılıb. Bu qripə yaxalananlar min bir yolla yaxa qurtarmaq istəsələr də cüzi soyuqdəymə onun qayıtmasına bəs edir.

Qardaşım da qrip olmuşdu. Qripin ən pis simptomu olan öskürək az qala nəfəsi kəsə. Öskürək onu da birtəhər etmişdi. Dərman, iynə heç nəyin eleə təsiri olmadı. Nənəmin məsləhəti ilə anam adi kələmi qaynar suda azca pörtərək isti isti üzərinə xalis bal çəkdi. daha sonra bu kələm yarpaqlarını qardaşımın kürəyi boyunca düzdü. Bir müddət qaldıqdan sonra isə kələmi götürərək, salfetlə balı təmizlədi.

Bunu etdikdən sonra soyuq havaya çıxmaq olmaz. Yaxşı olar ki, axşam yatmazdan əvvəl edəsiniz ki, bayıra çıxmalı olmayasınız.

Bu üsul qardaşımı öskürəkdən xilas etdi. İnsanın bədəni sanki yüngülləşir, özünü daha gümrah hiss edir. Əminliklə məsləhət görərdim.

  2721   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Народные рецепты

Ağ tut qurusunun xeyrindən faydalanaq. Üsullar
Народные рецепты

Ballı suyu hər gün içməklə orqanizmimi xeyli təmizlədim
Народные рецепты

Palıd qabığı sayəsində dərmanlardan daha az istifadə edirəm
Народные рецепты

İydəni bu xüsusiyyətinə görə daha tez-tez istifadə edirəm
Народные рецепты

Cəfəri kokteyli əsl möcüzədir – həm sağlamlığınız, həm də gözəlliyiniz üçün...
Народные рецепты

Təbii qaysı yağının ev şəraitində hazırlanma resepti
Народные рецепты

Adaçayının xeyri bildiyimizdən daha çox imiş
Народные рецепты

Bel ağrısını azaltma üçün istifadə etdiyim sadə üsul
Народные рецепты

Sümük və oynaqlara xeyri olan sadə və dadlı resepti sizinlə paylaşmaq istərdim
Народные рецепты

Qış mövsümündə infeksion xəstəliklərdən qorunmaq üçün sadə resept
Народные рецепты

Народные рецепты

  Положительных отзывов: 26

  Отрицательных отзывов: 0

Рекомендованные Народные рецепты


Xalq təbabətinin reseptləri
Народные рецепты


up