Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
31 Января 2014

Hollivud ulduzu Azərbaycan reklamında – zənnimcə uğurlu alınıb və təqdirə layiqdir

Müasir televiziyanı reklamsız təsəvvür etmək mümkün deyil. Hansısa maraqla izlədiyin filmə və yaxud verilişə baxarkən araya tez-tez uzun sürən reklamlar da arada verilir. Reklamlara qaldıqda isə çox bəsit, mənasız və maraqsızdırlar. Hələ elə reklamlar da olur ki adam lap xəcalət çəkməyə vadar edir.

Ümumilikdə isə bizim kanallarda yayımlanan reklamların çoxusu xarici reklamların tərcümələridir. Amma aralarında məhz bizim rejissorların çəkdiyi reklamlar da olub ki, məndə və bildiyim qədərilə çox insanda maraq doğurub. Buna misal ATA bankın kreativ reklamını çəkə bilərəm.

Bu yaxınlarda isə televiziyada yenə də məhz Azərbaycan rejissorlarının çəkdiyi bir reklamı gördüm. Bu Milla brendinin süd və süd məhsullarıdır. Reklamda Amerikan aktrisası, Hollivudun rus ulduzu Milla Yovoviç çəkilib. Düzü birinci dəfə görəndə inanmadım ki bu həmin aktrisadır. Lakin sonradan da yadıma düşdü ki, bir neçə ay öncə xəbərlərdən oxuduğum məlumata əsasən Milla Yovoviç Azərbaycana gəlmişdi. Gəlişinin səbəbi də elə məhz Milla brendinin reklam kompaniyasında çəkilmək idi.

Həqiqətən maraqlı və səviyyəli bir reklamdır. Milla xanım da həmişəki kimi incə, gözəl və cazibədardır. Reklamda Azərbaycanın füsünkar təbiəti - meşələri, dağları, tarixi abidələrimiz, qədim Azərbaycan xalçaları və bu fonda gözəl aktrisa təbii süddən hazırlanmış Milla məhsullarını dadır və insanlara da təklif edir.

Ailəmizdə biz də Milla brendinin süd və süd məhsullarını alırıq, istifadə edirik və çox məmnunuq. Zənnimcə bu reklam Azərbaycan Hollivud aktrisasının iştirakı ilə olan ilk reklamdır və məncə uğurluda alınıb. Amma bu həm də Milla kompaniyası üçün böyük bir məsuliyyətdir. Arzulayıram ki, onların məhsullarının keyfiyyəti həmişə bu reklama layiq olsun! Təbrik etmək olar :)

Rəyimin sonunda isə bu reklamın linkini görməyənlər üçün paylaşmaq istərdim.

  2264   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Реклама и видеоролики

Bu video bir çox insanlar kimi məni də çox duyğulandırdı
Реклама и видеоролики

Adi süd reklamı olsa da ibrətamizdir
Реклама и видеоролики

Bu möhtəşəm musiqi layihəsinə qulaq asmağa dəyər
Реклама и видеоролики

Azərbaycanlılarımızın hər sahədə qələbələri bizi çox sevindirir
Реклама и видеоролики

Bu ailənin vəziyyəti doğrudan da acınacaqlı, ürəkağrıdıcıdır
Реклама и видеоролики

Heydər Əliyevin canlı portreti həqiqətən möhtəşəm idi
Реклама и видеоролики

Coca colanın bu reklamını çox bəyəndim
Реклама и видеоролики

Çox əla ideyadır. Kreativlik buna deyərdim
Реклама и видеоролики

"Yaşasaydım 23 yaşım ..." – biz onları unutmamalıyıq...
Реклама и видеоролики

Müqəddəs Kəbənin içini virtual ziyarət etmək istəyənlər oxusunlar
Реклама и видеоролики

Реклама

  Положительных отзывов: 9

  Отрицательных отзывов: 4

Рекомендованные Реклама и видеоролики


Videoroliklər
Реклама и видеоролики

Reklam
Реклама и видеоролики


up