Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
31 Января 2014

Golden Rose – sərfəli qiymətə keyfiyyətli dırnaq boyaları

Tez-tez dırnaq boyalarında istifadə etdiyim üçün vaxtaşırı yeni və fərqli rənglərdə müxtəlif firmaların dırnaq boyalarında alırdım. Amma artıq 1 ildən çoxdur ki, demək olar ki ancaq Golden Rose firmasının istehsalı olan dırnaq boyalarından alıram. Həm qiyməti sərfəlidir (60 qəpik-1 manat arası), həm də keyfiyyəti yaxşıdır.

Düzü çox olub ki, nisbətən bahalı firmaların da dırnaq boyalarından almışam, amma görmüşəm ki, keyfiyyəti heç də qiyməti qədər yüksək deyil. Dəfələrlə bu cür sınaqlar keçirtdikdən sonra qərara aldım ki, elə sınanmış Golden Rose laklarından alım.

Bilməyən xanımlara da bildirmək istəyirəm ki, Golden Rose firmasının Sahil metrosunun çıxışından sağ tərəfdə və Metropark-da öz rəsmi firması var. Sözsüz ki, firmanın özündə satılan lakların keyfiyyətinə adi kosmetika mağazalarında satılan lakların keyfiyyətindən daha çox güvənmək olar.

Qalıcılığı da normaldır (Minimum 3-4 gün qalır). Amma sözsüz ki, bu barmaqların su ilə təmasda olmasından da asılıdır.

Rəng çalarları da rəngarəngdir – seçim çeşidi çoxdur. Ən xoşladığım rəngləri 8, 12, 230,91, 30, 62, 60, 49, 83, 75, 145, 211 nömrəli laklardır. Amma ümumilikdə məsləhət görürəm ki, heç vaxt istifadə etmədiyiniz və keyfiyyət dərəcəsindən əmin olmadığınız lakları almaqdansa Golden Rose firmasının laklarından alın.

  7143   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Декоративная косметика

Artdeco Lip passion (#43 Creamy dahlia) - həm rəng tonuna, həm də keyfiyyətinə görə 100% bəyənəcəksiniz
Декоративная косметика

ArtDeco Rich treatment foundation tonal kremi məncə bir çox xanımın ürəyincə olacaq
Декоративная косметика

Monaliza qaş karandaşı (004 çalarlı) ilə qaşlarım daha səliqəli və baxımlı görünür
Декоративная косметика

Mən üstünlüyü "Londa" saç boyalarına verirəm
Декоративная косметика

Collistar Rosetto Art Design dodaq boyasının 11/papaya rəngi - şaftalı rəngini axtaran xanımlar üçün:)
Декоративная косметика

Maybelline Lash Sensational Веерный Объем – kirpikləri əla burur və uzadır
Декоративная косметика

Faberlic "Безупречная кожа" Легкий светящийся – bu tonal kremi çəkdin ya çəkmədin heç bir fərq eləməz
Декоративная косметика

"Wellaton" saç boyası - ilk istifadədən xoşumuza gəldi
Декоративная косметика

"Lavsonia" xınası – həm qablaşmanın tərkibi yarımçıq çıxdı həm də şabalıdı rəng alınmadı
Декоративная косметика

Givenchy Noir couture volume mascara – qiymətinə aldanmaq lazım deyil
Декоративная косметика

Erkul Cosmetics
Декоративная косметика

Голден Роуз Париж лаки для ногтей

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 1


up