Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
30 Января 2014

Təəssüf ki, yavaş-yavaş hörmətsizləşirik

Zəmanə artiq dəyişib ifadəsini heç cür anlamıram. Axı bu cansız zəmanə necə dəyişə bilər? Bu suala cavabım həmişə bir cür olub, dəyişən zəmanə deyil insanlardır. Bəlkə də mənim fikrimlə razı olmayanlar da var. Mən gördüyüm və mənə çox pis təsir edən bir hadisəni şərh etmək istərdim.

Aydındır ki, çox gözəl adətlərimiz, milli dəyərlərimiz var, ən çox da böyük-kiçik yeri bilmək. Həmişə avtobuslarda da gənclərin yaşlılara yer verməyi bu hörmət əlamətinin ən bariz nümunəsidir. Buna görə də həmişə gənc nəsli alqışlamışam. Lakin bu dəfə gördüyüm mənzərə heç də ürək açan olmadı.

Məlumdur ki, avtobuslarımız o qədər dolu olur ki, tərpənə bilmirsəm. Bu dəfə də eyni qaydada ağzına kimi dolu avtobus və təbii ki, yüksək sürət! Bir qız oturub yanında da sevgilisi, şirin şirin söhbət edirlər. Bu vaxt yaşlı bir qadın avtobusa mindi, avtobusun sürəti də yüksək olduğundan güclə ayaq üstündə dayanırdı. Deməli oğlan durub qadına yer vermək istəyir, qız isə oğlanın əlindən tutub yer verməsin deyə başını oğlanın çiyninə qoyub, guya yatır. Hətta ətrafdakıların mənfi reaksiyası, sözləri belə ona təsir etmirdi.

Başqalarının fikri bir yana, axı sənin öz mədəniyyətinə nə olub? Məgər evdə valideynlərin sənə bunu öyrədib? Əslində valideyn nə bilsin, heç xəbəri də olmur. Yaşlı qadının dayana bilmədiyini görən hamilə qadın durub yer verdi, ancaq qadın oturmadı. Hətta bu hərəkətdən də utanmadı, sanki belə də omalıdır.

Burada oğlanı heç cür başa düşmürəm, qızı başa salmaqdan, durub qadına yer verməkdən qizin hərəkətlərinə şərik olur. Oğlan alamır ki, yaşlı qadıa bu cür saymamazlıq edə sənin anana, atana da edəcək. Təbii ki, oğlan da bu dəfəki kimi boynunu əyib, qızın hərəkətlərinə şərik olub, bu hörməsizliyi onu böyüdən valideylərə qarşı edəcək.

Təbii ki, bunlar heç də hamıya aid deyil. Bu gənclərdən fərqli olaraq mən də daxil olmaqla özündən böyüyə hörmətlə yanaşan o qədər gənc var ki. Hələ də insani keyfiyyətlərin varlığına sevinirəm.

  1368   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up