Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
28 Января 2014

Füsünkar təbiətli şimal bölgələrimiz və özünəməxsus dada məxsus Quba bükməsi

Qış fəslində Azərbaycanımızın rayonlarının xüsusi gözəlliyi olur. Bunun növbəti dəfə canlı şahidi oldum. Həftəsonu yolumuz ailəmlə birlikdə Qubaya düşmüşdü. Hava da bildiyiniz kimi soyuq və çiskinli idi.

Artıq Beşbarmaq dağına çatana yaxın təbiətin gözəllikllərini, möcüzələrini görməyə başladıq. Yolun sol tərəfi dağlar idi. Hava dumalı olduğundan dağların ətəkləri görünmürdü. Duman isə sanki canlı idi, pambıq kimi uçurdu. Çox gözəl mənzərə idi. Şabrandan başlayaraq isə artıq qar yağırdı. Torpaq və ağaclar ağ örtüyə bürünmüşdü. Qubada da qarlı hava müşahidə olunurdu.

Qubaya, ümumiyyətcə ölkəmizin şimal bölgələrinə tez-tez gəzməyə gedirik. Yay aylarındakı kimi, qışda da Qubada yolboyu alma satılır (qırmızı, yaşıl, sarı). Ən əsası isə Qubaya gəlib və Quba bükməsindən almamaq günah olardı.

Biz hər dəfə bu maraqlı və ləziz Quba şirniyyatını eyni yerdən alırıq. Balaca mağaza özü Qubada, Nərimanabad kəndində, yol kənarında yerləşir. Satıcı isə yaşlı və nurani bir kişidir.

Burada həm, bükmə, həm də Quba paxlavası da satılır. Düzdü Quba paxlavası da çox dadlı olsa da, şirnisi həddindən artıq çox olduğundan adamı tez vurur, həmçinin diabetdən əziyyət çəkənlər üçün ziyan olar.

Bükmənin isə şirniyyatı nisbətən az, qoz-fındığı isə boldur. Ona görə şəkər xəstələri də bu şirniyyatdan rahatlıqla dada bilərlər (sözsüz ki, çox yeməmək şərtilə). Çox dadlıdır.

Sizdə Qubaya gəlsəniz, mütləq Qubanın özünəməxsus ləziz şirniyyatından-bükmədən alın.

  3202   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Продукты питания

"Rahat" çərəzli lokumun ağızda əriyən dadı yoxdur
Продукты питания

Bizim süfrədən acılı barbekü nar sousunu almağıma çox peşman oldum
Продукты питания

"Lays"dən pendir dadlı kartof çipsindən bir daha almaram
Продукты питания

"Adicto intense" şokolad ilə örtülmüş krem plomblu keks mükəmməl bir ləzzətdir
Продукты питания

Tort üçün "Domik v derevne slivki" qaymaq kremini çox bəyənirəm
Продукты питания

Bizim süfrə ketçupundan ketçup əvəzinə tomat dadı gəlir
Продукты питания

Mentos tropik miks saqqızı nəfəsi təravətləndirmək üçün ən dadlı seçimimdir
Продукты питания

Dərbənddən gətirilmiş "Деревенская" xamasının dadı heç xoşumuza gəlmədi
Продукты питания

Bizim tarla Pindjur salatı - çox dadlı və gözəl tamı var
Продукты питания

Bizim tarla Pindjur salatı - sanki tərkibi ancaq bibərdən ibarət idi
Продукты питания

Губинская бюкме

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up