Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
28 Января 2014

Hər gün idman etmək xəstəliklərdən uzaq olmağın əsas yardımçısıdır

Idman sağlamlığın rəhmidir deyirlər. Düşünürəm ki, doğrudan da belədir. Demək olar ki, hamı idmanın insan orqanizmi üçün faydasından xəbərdardır, lakin çox az bir qisim bunu praktikada reallaşdırır. Hamı bundan ağızdolusu danışa bilər, amma birinci özümüz etməliyik ki, başqaları üçün də nümunə ola bilək.

3 həftə öncəyə qədər məndə belə tiplərdən idim, başqalarına idmanın nə qədər faydalı olduğundan danışsam da ağlıma gəlmirdi ki, özüm də idmana başlayım. Idman deyəndə yəni fiziki hərəkətləri nəzərdə tuturam. Idman zallarına getməyə ya vaxt ya da imkan olmaya bilər. Amma fiziki hərəkətləri elə ev şəraitində də etmək mümkündür.

Bunun üçün elə internetdə olan videolar kifayət edir. Indi pəhriz saxlayan xanımlar ağzı pəhrizlər edərək kilolar itirirlər amma bu çəkinin itirilməsi zamanı dəridə olan sallanmaların qarşısını almaq üçün gündəlik olaraq fiziki hərəkətlər etmək xeyirlidir.

Insanın bütün bədəni sanki azadlığa çıxmış kimi hiss edir, öncələrdə bədənin hər yerində ağrılar olsa da müntəzəm olaraq davam etdikdə bu ağrılar da aradan qalxır. Xəstəliklərə tez tutulmağın başlıca səbəblərindən biri də bədənin fiziki cəhətdən zəifliyidir, idman isə insanı fiziki cəhətdən möhkəmləndirir. Bu bir növ xəstəliklər üçün sipər rolunu oynayır. Bədəninizin müqavimət gücünü artırmaq xəstəliklərdən bir o qədər uzaq olmağın başlıca təminatıdır. Adətən qripə tez yoluxan biriyəm, hələ qrip olan birinin yanında olsam ümumiyyətlə tez yoluxuram.

Düşünürəm ki, geniş yayılan qripdən məhz idmanın sayəsində yan keçə bilmişəm, hətta rəfiqəmdən belə mənə yoluxmadı. O cümlədən insanı əsas gümrah saxlayan vasitələrdən biri də səhərlər qaçmaqdır. Işdən və ya dərsdən qayıtdıqda nə qədər yorğun olsanız da hər gün yarım saatınızı fiziki hərəkətlərə sərf etməklə nə isə itirmiş yox qazanmış olarsınız.

  1620   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up