Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
28 Января 2014

Şirniyyatlar içində ən sevdiyim və rahat şirniyyat resepti

Şirniyyatı xoşlamayan yoxdur yəqin ki. Marketdən və ya şirniyyat evlərindən alsaq da arada evdə bişirməyin ayrı bir yeri vardır. Ən əsası o bişirilən şirniyyatın dadlı qoxusunun bütün evi bürüməsi insana xoş əhval bəxş edir.

Bayramlarda şirniyyatlar hazırlansa da adi günlərdə də hazırlanması tez başa gələn şirniyyatlar bişirmək üçün müxtəlif reseptlər var. Bunların içərisində özümün də sevə-sevə hazırladığım biri haqqında yazmaq istəyirəm.

Düzü adının necə olduğunu bilmirəm. Xalam bu resepti mənə verib və mütləq hər bayramda və ya elə adi günlərdə də süfrəmizin əsas şirniyyatlarından biri olur.

Hazırlanması üçün lazım olan ərzaqlar:
Yumurta – 2 ədəd
Şəkər tozu – 2 stəkan
Soda və ya qabartma tozu - 1 çay qaşığı
Qatıq – 1 stəkan
Yağ – 1 stəkan bitki yağı
Un - lazımi miqdarda, yəni yoğrulduqca əlavə edilir.

Ilk öncə yumurta ilə şəkər tozu yaxşıca qarışdırılır, daha sora qabartma tozu və ya sodanı elə qatığın içərisinə töküb qarışdırmaq və əlavə etmək olar, belə olduqda o daha yaxşı qarışmış və həll olmuş olur. Yağ və un əlavə etdikdən sonra 1 xörək qaşığı ya bal ya da ki ağ gilas mürəbbəsinin şirəsindən əlavə etmək olar, bu isə zövqdən asılıdır, mütləq deyil.

Bütün ərzaqlar yaxşıca qarışdırıldıqdan sonra əllə yumşaq xəmir yoğrulur. Xəmiri 1 saat saxlamaq lazımdır ki, özünə gəlsin. 1 saatdan sonra xəmirdən fiqurlar vasitəsilə müxtəlif formalar və ya sadəcə əllə yumru şəkildə düzəldərək üzərini ayrıca dayaz qabda qoyulmuş şəkər tozu ilə örtdükdən sonra duxovkaya qoyub bişirilir.

Duxovkanı sinisini yağlamaq lazımdır ki xəmir yapışmasın. Çalışmaq lazımdır ki, üst hissəsi də çox bişməsin. Nuş olsun!

  352837   2

Войдите что бы оставить комментарий

Lamiye Abbasli
28 Января 2014
cox sag olun))

Şükran Vəliyeva
28 Января 2014
Çox dadlı görünüüüüüür)))





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Сладости

  Положительных отзывов: 19

  Отрицательных отзывов: 0


up