Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
28 Января 2014

"Halal" sözü müsəlman qaydalarına riayət etmək yox, sadəcə bir marka imiş...

Artıq neçə vaxtdır ki, televiziyada, internetdə, xəbərlərdə oxuyuruq ki əvvəlcə Xaçmazda, sonra isə Bakının Qaradağ rayonu ərazisində at və uzunqulaq başları, ayaqları tapılıb. Çox insanlar kimi məndə narahatam. Evə əti yoldaşım aldığı üçün hardasa sakitəm. Çünki o belə məsələlərdə daha diqqətlidir. Heyvanın yanında, təzə kəsilməsinə xüsusi fikir verir.

Lakin kolbasa və kolbasa məmulatlarını da hamımız çox xoşlayır və alırıq. Əlbəttə ki çoxumuz halal sertifikatı olan məhsulları alırıq. Lakin artıq yuxarıda qeyd etdiyim hadisələr haqqında eşidəndə insanda inam qalmır.

Çox maraqlıdır ki, Baytarlıq xidməti, sanitar-epidemik stansiyalar hara baxır? Nə işlə məşğuldurlar? Axı bu adi, balaca bir hadisə deyil. Düzü fikirləşirdim ki, bu məsələ ilə ciddi məşğul olacaqlar. Lakin bir xəbər məni çox təəccübləndirdi. Xəbər Gün.az saytında Apa-ya istinadən yazılmışdı. Baytarlıq xidmətinin mütəxəssisləri Bələdiyyə və icra nümayəndələri ilə birlikdə Qaradağ rayonu Qızılbaş qəsəbəsinə baxış keçiriblər və məsələyə aydınlıq gətiriblər. Ərazidə aparılan araşdırma nəticəsində məlum olub ki, bir həftə ərzində 1 atı maşın vurub və onun cəmdəyi həmin əraziyə atılıb.

Bir atın ölüsü bu qədər səs-küyə səbəb ola bilər? Yaxşı, Qaradağda 1 at olubsa, bəs Xaçmazda 1000-dən çox at və uzunqulaqlara nə deyirsiniz? Əgər narahatçılığa heç bir əsas yoxdursa niyə kolbasa məsələlərində yoxlamalar aparılır və istehlakçılara diqqətli olmaq tövsiyyə edilir?!

Sonrada deyirlər ki, istehlakçının hansı xammal əldə etdiyindən xəbəri yoxdur. Belə də iş olar? Aparılan baxış nəticəsində məlum olur ki, heç bir sənəddə heyvanın növü yazılmır. İribuynuzlu heyvan adı ilə camış əti, eşşək əti, at əti və s. əldə edir və satışa da mal əti adı ilə çıxarırlar.

Artıq bizim ölkədə “Halal” məhsul deyilən termin yoxdu. Çünki artıq bu xəbərlərdən aydın olur ki, “Halal” müsəlman qaydalarına riayət etmək yox, sadəcə satılmaq üçün qoyulan bir markaya çevrilib. Amma bir müsəlman ölkəsinin vətəndaşları kimi bizləri bu məsələ çox narahat edir. Ona görə bizim kimi insanlarında artıq bir çıxış yolu qalıb. O da kolbasa məmulatlarından tamamilə imtina etmək!

  2282   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up