Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
28 Января 2014

Bitki çayları - bütün dərdlərin əsl dərmanı! Özüm sınamışam

Çox təəssüf ki, hazırda yediyimiz məhsulların keyfiyyətindən əmin ola bilmirik. Nə qədər dadı yaxşı olsa da nənə babalarımız həmişə deyirlər ki, heyif deyil o vaxtın ərzaqları, yağ, qənd, çay bir sözlə hər şey insan sağlamlığının əleyhinə deyildi, əksinə insanlara sağlam məhsullar qidalar satılırdı.

Indi isə xəstəliklər baş alıb gedir, elə demək olar ki, hamısının mənbəyi məhz keyfiyyətsiz qidalardan, məhsullardan gəlir. Biz də çıxış yolu kimi dərmanlara qaçırıq, guya ki, dərmanlar belə xeyirlidir sağlamlığımıza.

Mən isə sizə bu dərmanların əvəzinə təbii bitki çaylarından istifadəni məsləhət görərdim. Atam həmişə evdə adi qara çay içməyimin əvəzinə çiçək çaylarını içməyimi məsləhət görürdü. Mən isə qulaq ardına vururdum. Yayda mədəmdəki dəhşətli ağrılar məni çox narahat edirdi. Daş yarpızı adlanan çiçəyi adi dəm kimi dəmlədim və içməyə başladım, içdiyim dərmanların heç bir xeyri olmadı amma bu çiçək çayı məni əməlli başlı ağrılardan xilas etdi.

Təkcə daş yarpızı deyil qarışıq çiçəklərdən də istifadə etmək olar. Cökə çiçəyi, kəklikotu, nanə, daş yarpızı, yarpız, mədə çiçəyi, bu çiçəklərin üzərinə qaynar su töküb dəmləyib içmək insan sağlamlığına çox xeyirlidir. Əgər böyrəyinizdə ağrı varsa bağa yarpağını və ya solmaz çiçəyini dəmləyib içə bilərsiniz.

Hal-hazırda qrip virusu geniş şəkildə vüsət alıb. Qripin əsas siptomu olan boğaz ağrısı zamanı gülxətmi çiçəyini dəmləyib içsəniz səhərə heç bir ağrı qalmaz. Başınız ağrıyan zaman üzərliyi yandırıb onu iyləmək çox faydalıdır.

Bundan əlavə məndə hələ məktəb dövründə ilin bütün fəsillərində, yay, qış fərq etmədən qrip olan kimi olurdum, bunun qarşısını almaq üçün yarpızı böyük bir qazanda qaynadıb başıma iri bir adyal salaraq onun buxarda dayanırdım, bunu tez-tez etdim və ondan sonra belə hal olmur məndə. Ancaq bunu etdikdən sonra qəti şəkildə özünüzü soyuqdan qorumalısınız.

Mədə ağrısı zamanı isə bir az nanə və ya çobanyastığı dəmləyib içmək ən yaxşı çarədir. Beləliklə çarəni dərmanlarda yox çiçəklərdə tapmağınızı məsləhət görərdim.

  16661   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Народные рецепты

Ağ tut qurusunun xeyrindən faydalanaq. Üsullar
Народные рецепты

Ballı suyu hər gün içməklə orqanizmimi xeyli təmizlədim
Народные рецепты

Palıd qabığı sayəsində dərmanlardan daha az istifadə edirəm
Народные рецепты

İydəni bu xüsusiyyətinə görə daha tez-tez istifadə edirəm
Народные рецепты

Cəfəri kokteyli əsl möcüzədir – həm sağlamlığınız, həm də gözəlliyiniz üçün...
Народные рецепты

Təbii qaysı yağının ev şəraitində hazırlanma resepti
Народные рецепты

Adaçayının xeyri bildiyimizdən daha çox imiş
Народные рецепты

Bel ağrısını azaltma üçün istifadə etdiyim sadə üsul
Народные рецепты

Sümük və oynaqlara xeyri olan sadə və dadlı resepti sizinlə paylaşmaq istərdim
Народные рецепты

Qış mövsümündə infeksion xəstəliklərdən qorunmaq üçün sadə resept
Народные рецепты

Народные рецепты

  Положительных отзывов: 26

  Отрицательных отзывов: 0

Рекомендованные Народные рецепты


Xalq təbabətinin reseptləri
Народные рецепты


up