Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
27 Января 2014

Qadınların əxlaqsız yola düşmə səbəblərindən biri təhsil almamasıdır

Təhsilin istər qadın, istərsə də kişilər üçün vacib olduğunun həmişə tərəfdarı olmuşam. Bəziləri düşünür ki, bu daha çox kişilər üçün vacibdir, çünki ailənin başçısı kişidir, ailəyə qazancı da o gətirir. Düzdür bütün bu fikirlərlə raziyam, ancaq nəyə görə qadına təhsil gərək deyil sualına hələ də cavab tapa bilmirəm.

Əgər ailənin büdcəsini, bütün ehtiyaclarını kişi qarşılayırsa, uşaqların tərbiyəsi ilə məşğul olmaq, onların necə oxumasina nəzarət etmək, uşağı düzgün yönəltmək isə qadının vəzifələrinə aiddir. Bəs əgər qadının təsili, savadı, dünyagörüşü yoxdursa onda o öz övladının dərslərində onun düzgün istiqamətlənməsinə necə nail ola bilər? Savadı, təhsili olmayan insan necə öz hüquqlarını bilib onları qoruyar və ya bunu övladlarına aşılaya bilər?

Təbii ki, bacarmaz, səhv danışacağından qorxar. Daha çox kənd yerlərində qadının işi uşaqlarına baxmaqdır, yeri isə mətbəxdir, nə oxumaq?! kimi ifadələrə rast gəlirik. Əgər bu təsil qadına gərək deyilsə, onda qadın nəyə gərəkdir? Əgər bir gün onun həyat yoldaşı dünyasını dəyişərsə, bu qadın uşaqlarını necə saxlamalıdır, onları necə böyütməlidir?

Belə hadisələrə çox şahid oluruq, qadınların əxlaqsız yola düşmə səbəblərindən biri də budur. Uşaqlarıma görə bu yola düşdüm, onlara baxa bilmirdim, maddi vəziyyətim ağır idi və.s kimi ifadələri də çox eşidirik. 

Bir neçə gün əvvəl həyat yoldaşının bacısıgilə kənddən Bakıya qonaq gələn bir qadınla tanış oldum. Anası qızının təhsil almasını çox istəyirdi. "Mən təhsil almamışam, heç olmasa qızım təhsil alsın, məni kimi səhərdən axşama mal-qaranı otarmasın, cəhd göstərsin hər şeylə onu təmin edərəm, baxdığım mal-qaradan satıb oxudram", - deyirdi.

Düzü qadinın halına acıdım, cəmi 38 yaşı var imiş, mənsə onun ən azı 50 yaşı olduğunu düşündüm. Bu gün cəmiyyətimizdə bu qadın kimi çoxları var. Sadəcə olaraq acınacaqlı bir haldır. Ona görə də kənd yerlərində təhsilə xüsusi diqqət yetirilməlidir, insanların maarifləndirilməsi üçün müxtəlif işlər görülməlidir.

Düzdür bu problem kökündən həll olunmasa da, az da olsa qarşısı alına bilər. Həyatda düzgün mövqe tutmaq, sağlam bir gələcək qurmaq üçün təhsilin vacibliyini bunu dərk etməyənlərə aşılamaq isə hər birimizin borcudur.

  1565   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up