Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
27 Января 2014

"Moulinex" çörək bişirmə maşını - dadlı və əziyyət çəkmədən evdə bişirilmiş çörək

Bir neçə gün bundan öncə bacımgilə qonaq getmişdim. Çay süfrəsindən sonra bacım yemək süfrəsi açmağa başladı. İlk növbədə süfrəyə həmişəki kimi duz və çörək gətirdi. Qabındakı doğranmış çörək mənim diqqətimi çəkdi və marağıma səbəb oldu.

Çörək falları hündür, yumşaq, üstləri də gözəl qızarılmış idi. Həmdə çox gözəl çörək ətri gəlirdi. Nəhayət bacımdan çörəyi hardan aldığını maraqlandım. Bacım deyəndəki özü bişirib həqiqətən təəccübləndim. Çünki bacım işləyir, ev işlərinə, üstəlik çörək bişirməyə çox vaxtı olmur. Ona görə də mən inanmadım.

Sonra o gülümsəyərək mənə çörəyi Moulinex firmasının xüsusi çörək bişirən maşınında bişirdiyini dedi. Mənə maşını və maşının təlimat kağızını göstərdi. Belə ki təlimat kağızında çörək bişirmək üçün reseptlərdə yazılıb. Yəni ailə üzvlərinin sayına, çörəyin həcminə görə inqredientləri (su, un, maya, duz və s) maşına doldurursan, 40 dəqiqə ərzində xəmir özü maşında yaxşıca yoğrulur. İstəsən sonra yoğrulmuş xəmiri maşınnan çıxarıb adi sobada da bişirə bilərsən, yada moulinex çörək bişirən maşını özü çörəyi 2 saat ərzində bişirir. İşləyəndə də maşın səssiz işləyir. Çox rahat və əlverişli çörək bişirmə üsuludur.

Bir nöqsanı var ki, həcmi balaca deyil. Yəni böyük mətbəxdə onu qoymaq problem olmaz, amma kiçik mətbəxdə çox yer tutur.

Amma ümumilikdə Moulinex çörək bişirmə maşınını, onun işləmə mexanizmini və bişirdiyi dadlı çörəkləri çox bəyəndim. Məndə bu maşından almağı qərara aldım. Mətbəxində özü bişirdiyi çörəklərdən yeməyi xoşlayan insanlar üçün çox yaxşı köməkdir.

  6633   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Бытовая техника

"Quicks" firmasınfan olan bu ətçəkən maşın olduqca işlək və istifadəsi rahatdır
Бытовая техника

"Moulinex" elektrik qazanı qazın olmadığı vaxtda çox yardımçı olur
Бытовая техника

"Eurolux"un EU – HB2093DP hand blender modelini işlətmək çox çətindir – bilsəydim heç almazdım
Бытовая техника

Kalyon Spring breeze çamaşır suyu həqiqətən keyfiyyətli yuyucu vasitədir
Бытовая техника

"Sinbo" əl mikserindən almayın, keyfiyyəti yaxşı deyil
Бытовая техника

Mənə hədiyyə olunan “Jaguar France MD-5200” feni keyfiyyətli çıxdı
Бытовая техника

"Sonashi" saçdüzləşdirici feni keyfiyyətli çıxmadı
Бытовая техника

"Philips SalonDry Pro 2300W Hair Dryer" saçqurudan fen əsl istədiyim kimi oldu
Бытовая техника

"Super Star" elektrik çaydanı - keyfiyyətinə söz ola bilməz
Бытовая техника

Saçlarımı burmaq üçün ancaq bu saçburan fendən istifadə edirəm
Бытовая техника

Moulinex
Бытовая техника

Мулинекс Хлебопечка

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up