Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
23 Января 2014

Saz çalğısına oriental rəqsin inteqrasiyası – bunu da gördük! Ar olsun!

Müasir dövrdə həyatımızın demək olar ki bütün sahələrin inkişafının, yeniliklərinin şahidi oluruq. Bu müsbət cəhətdir, alqışlamaq olar. Lakin bəzən əksinə olur. Millətimizə məxsus qədim və gözəl olan saz sənətinə oriental rəqsin inteqrasiyası – bunu eşitmək və görmək çox gülməlidir. Əslində gülməlidə deyil ağlamalıdır!

Kanallarımızın birində elə bu mövzunun müzakirəsi gedirdi. Aşıq Namiq saz çalıbmış, rəqqasə Aytən də yarıçılpaq formada oriental rəqs ifa edibmiş. Desəm ki bu gülməlidir bu az olar. Çünki bu dəhşətdir.

Bizim milli alətimiz olan sazda necə gözəl müsiqi nömrələri eşitmişik. Saz ifa edənlər də adətən Azərbaycana məxsus milli geyimləri olan (başlarında papaq, ayaqlarında uzunboğaz çəkmələr, xüsusi kostyum) kişilər olub. Təsəvvürünüzə gətirin bu cür kişinin qabağında yarıçılpaq oynayan qız... Bu hansı mentalitetə uyğundur axı???

Rəqqasə Aytənə gəldikdə isə, nə onun özünü, nə də onun rəqsini bəyənmirəm, hansı kanalda təsadüfən görsəm kanalı dəyişirəm. Bir neçə həftə bundan öncə ATV telekanalının bir ciddi verilişində hansındaki tamaşaçılar və hətta qonaqların içərisində yaşlı, ağbirçək kişilərdə oturmuşdu, aparıcı, qonağımız rəqqasə Aytəndir deyərək onu səhnəyə çağırdı. Qızda yarıçılpaq formada “rəqsini” nümayiş etdirdi. Hələ verilişdə qoyulan mövzu ilə ümumiyyətcə uyğun gəlmirdi.

Aparıcılar verilişə belə rəqqasələri çağırmaqla tamaşaçıların sayı çoxalır deyə fikirləşirlər. Amma əksinə bilsinlər ki, verilişlərinin səviyyəsini aşağı salırlar. Budur artıq bu cür “rəqqasələr” saz sədaları altında oynayırlar. Bu biyabırçlıqdır!

Mənim fikrimcə əsl qınanmalı bu məsələdə saz ifa edən şəxsdir yəni “saz ustası”, “aşıq” Namiq. Hələ utanmaz-utanmaz efirə çıxıb danışırlar da... Daha nə qalıb qazanc xatirinə edəsiniz?! Dədə-babadan qalma söz sənətimizi oyuncağa çevirmisizniz. İnkişaf budur? Heç inkişaf etmiş ölkələr belə öz qədim sənətlərinə, keçmişlərinə bu qədər hörmətsizlik etmirlər. Ar olsun sizə!

  1612   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up