Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
23 Января 2014

Bəzi özəl müalicə mərkəzlərini müalicə yox "ticarət mərkəzi" adlandırmaq olar

Mənimlə razılaşarsınız ki, Bakıda nə qədər özəl müalicə klinikaları açılıb. Qabaqlar biznesmenlər pullarını ticarətə qoyurdularsa, artıq onlar öz vəsaitləri ilə özəl klinikalar açırlar. Fikir vermişəm ki, hələ bizim evimizin ətrafında 2 özəl klinika və bəlkə də 4-5 stomotoloji kabinetlər fəaliyyət göstərir. Çox maraqlıdır bu qədər özəl müalicə klinikaları kimə lazımdır?! Düzdü əgər onları müalicə klinikası adlandırmaq olarsa...

Bir neçə il qabaq səhhətimdə müəyyən problemlər var idi və yolum belə klinikalardan birinə düşdü. Həkimin qəbuluna getdim. O mənə çox diqqətlə, nəzakətlə yanaşdı. İlk növbədə müayinədən keçməyi daha sonra müalicə yazılacağını söylədi. Müayinədə nə müayinə... Təkcə analizlərin qiyməti 100 AZN-dən yuxarı elədi.

Fikirləşdim ki, yəqin dəqiq diaqnoz qoymaq üçün bu analizlər vacibdir. Nə isə, pulu ödədim, analizləri elədilər – iki vərəq latın dilində yazılmış sözlər, vahidlər və s. Müayinənin cavabları ilə həkimə getdim. Mənim üçün çox maraqlı idi ki, analizlərin rəqəmləri nə bildirir. Lakin həkim ötəri vərəqlərə baxıb, iki kəlmə söyləyib resept yazmağa başladı.

Qabağkı mehribançılıqdan, canfəşanlığından əsər-əlamət qalmamışdı. Çox çalışdım ki, analizlərin cavabları haqqında dolğun informasiya öyrənim amma həkim dolayısı yolla bildirdi ki, tələsir vaxtı yoxdur.

Bu klinikaya getdiyimə və o qədər pul xərclədiyimə peşman oldum. Çünki belə çixdi ki, özəl klinikaların məqsədi ilk növbədə xəstələri lazım olan və olmayan müayinələrdən keçirib, onlardan pul qopartmaqdır. Pul xatirinə elə analizlər təyin edirlər ki, sonra özləri də o rəqəmlərdən və cavablardan baş çıxartmırlar. Bundan sonra mən çalışacam ki, yolum birdə özəl klinikalardan keçməsin. Bucür özəl klinikaların nəyi müayinə-müalicə mərkəzidir ki? Onları daha çox “Ticarət mərkəzi”adlandırmaq yaraşır.

  1446   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up