Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
22 Января 2014

“Yüksel kutu” – qeyri-adi, gözəl dizaynda şokolad dəstləri - əsl hədiyyə

Bayram günlərində bizə çox maraqlı bir şokolad konfetlərinin dəstini-qutusunu hədiyyə gətirmişdilər. Üzərində firmanın adı olmasa da, dəstin arxasında “Yüksel Kutu” firmasının emblemini gördüm. Düzü heç vaxt bu firma haqqında eşitməmişdim.

Şokolad qutusu çox gözəl, cazibədar qablaşdırmaya malik idi. Qutunun kənarları qırmızıvilyur parçadan, ortasında qeyri-adi güllərdən ibarət rəsm var idi. Ümumilikdə isə qızılı parlaq lent ilə gözəl bağlanmışdı. Açığı qablaşdırması mənim çox xoşuma gəldi. Bahalı və aristokrat görünüşə məxsus idi.

Qablaşdırmanı açdıqda, maraqlı və dadlı şokoladları gördükdə isə daha heyran oldum. Belə ki, şokolad qutusunun içində 18 ədəd kvadrat şəklində tünd-qara şokolad, 18 ədəd südlü şokolad və 12 ədəd ağ şokolad var idi. Ölçüləri də yetərincə böyük idi. Şokoladları yeyərkən həqiqətən təmiz şokoladlar olduğu bilinirdi. Hər bir növünün (qara, südlü və ağ) özünəməxsus dadı var idi. Yəni sadə, klassik təmiz şokolad dadı.

Bu şokoladlardan satışda görmədiyim üçün və üzərində də istehsalçılar haqqında informasiya olmadığı üçün İnternetde “Yüksel Kutu” firması haqqında axtarış verdim və Türkiyə istehsalı olduğunu gördüm. Firmanın öz saytında onların digər istehsal etdikləri şokolad qutularının rəsmləri də var idi. Həqiqətən çox maraqlı dizayna məxsus şokolad dəstləri var. Qonaq gedərkən, nişan, xonça üçün bu şokolad dəstlərindən aparmaq əminəm ki hər bir ev sahibinin xoşuna gələr və marağına səbəb olar. Çünki marketlərdə satılan digər şokolad dəstlərindən maraqlı və bahalı görünüşünə görə çox seçilir.

Bu şokolad dəstlərinin bizə hədiyyə gətirildiyinə görə qiyməti və harada satıldığı haqqında məlumatım olmasa da marketlərdə mütləq maraqlanacam və alacam. Sizə də tövsiyyə edirəm. Əmin olun ki, bu şokolad qutularından alıb kimlərəsə hədiyyə versəniz 100% onların ürəyincə olacaq.

  2358   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Продукты питания

"Rahat" çərəzli lokumun ağızda əriyən dadı yoxdur
Продукты питания

Bizim süfrədən acılı barbekü nar sousunu almağıma çox peşman oldum
Продукты питания

"Lays"dən pendir dadlı kartof çipsindən bir daha almaram
Продукты питания

"Adicto intense" şokolad ilə örtülmüş krem plomblu keks mükəmməl bir ləzzətdir
Продукты питания

Tort üçün "Domik v derevne slivki" qaymaq kremini çox bəyənirəm
Продукты питания

Bizim süfrə ketçupundan ketçup əvəzinə tomat dadı gəlir
Продукты питания

Mentos tropik miks saqqızı nəfəsi təravətləndirmək üçün ən dadlı seçimimdir
Продукты питания

Dərbənddən gətirilmiş "Деревенская" xamasının dadı heç xoşumuza gəlmədi
Продукты питания

Bizim tarla Pindjur salatı - çox dadlı və gözəl tamı var
Продукты питания

Bizim tarla Pindjur salatı - sanki tərkibi ancaq bibərdən ibarət idi
Продукты питания

Yüksel kutu

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up