Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
16 Января 2014

At və eşşək cəsədlərinin tapılması xəbərindən sonra necə kolbasa yeyə bilərik ki?!

Iki gün bundan əvvəl xəbərlərdə Xaçmaz rayonunun Qımılqışlaq kəndindəki meşədən minə yaxın at və eşşək cəsədləri tapıldığını oxuyanda dəhşətə gəldim. Axı bu qədər heyvanı niyə öldürsünlər ki deyə düşündüm, deyilən ehtimal, yəni bu heyvanların ətindən kolbasa istehsalında istifadə oluna biləcəyi ortaya sürüləndə çox pis oldum. Doğrudan da ürəkbulandıran bir haldır.

Bir dəfə internetdə kolbasa hazırlanarkən eşşək ətindən istifadə edildiyi haqqında video görmüşdüm, dəhşətli idi. Amma bizdə də belə halların olduğunu çoxları desə də belə bir halın baş verməsi bunu təsdiqləmiş olur.

Başqalarının nə düşündüyünü bilmirəm amma niyəsə kolbasalarda bu ətdən istifadə olunduğuna inanıram. Anlaya bilmirəm ki, necə belə bir şey edə bilərlər ki, axı bu məhsulları yeyən azyaşlı uşaqlar da var, onların gələcəyi var. Amma nə yazıq ki, indi öz xeyirlərindən başqa heç bir şeyi düşünməyən insanların arasında yaşayırıq. O qədər heyvanların məhv edilməsi də düzgün deyil, düzdür ekoloji cəhətdən bu heyvan cəsədlərinin torpağa qarışaraq gübrə olacağı söylənilsə də bu sadəcə vəhşilikdir.

Cəmiyyətimiz yenə də bunu sakit qarşılayıb, ya inanmayaraq ya da inansalar belə göz yumaraq kolbasa tipli məhsullardan istifadə edəcəyinə əminəm. Ancaq ən azından o məhsulların harada istehsal olunduqları barədə məlumatlı olmaq vacibdir. Tək özümüzü deyil, ən azından uşaqları düşünərək bu məhsullardan uzaq durmaq daha xeyirli olar.

Bəlkə də xəbərimiz olmadan çox məhsulun nədən hazırlandığını və ya hansı şəraitdə hazırlandığını bilmirik, məhz elə buna görə də xəstəliklər baş alıb gedir. Bu hadisənin əsl səbəbinin ortaya çıxacağı günü səbirsizliklə gözləyirəm.

  2053   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up