Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
16 Января 2014

Ok jurnalının maraqlı yazıları, reportajları və məlumatları var

Bəzən insan gündəlik olaraq bütün xəbərləri, məqalələri və maraqlı informasiyaları internetdən oxumaqdan bezir, həm üstəlik adamın gözü yorulur. Ona görə də arada bir də olsa qəzet və jurnallardan yararlanmaq lazımdır.

Dünən təsadüfən əlimə bir jurnal keçdi, bu Ok adlı bir jurnaldır. Açıb vərəqləməyə başladım, ilk öncə yazılara fikir vermədim və oxumağı bacarmayan uşaqlar kimi sadəcə şəkillərinə baxırdım. Amma elə şəkillər məni cəlb etdi və bir növ yazıları oxumağa da vadar etmiş oldu.

İlk növbədə jurnalın hərtərəfli olmağı xoşuma gəldi. Müxtəlif maraqlı mövzuları əhatə edən məqalələr vardı. Sevimli aktyorum Robert Pattinson haqqında müsahibənin və bilmədiyim maraqlı məlumatlara rast gəldim. O cümlədən moda və dəblə maraqlananlar üçün müxtəlif brendlər haqqında geniş məlumatlar da vardı.

Gördüyüm qədəriylə jurnal hər sayında xarici bir məşhurun həyatından maraqlı məqamları ön plana çəkərək məlumatlar verir. Düzdür bu kimi məlumatları internetdə əldə etmək mümkün olsa da jurnalı oxumaqla ağlımıza gəlməyən bir çox şeylər haqqında hazır informasiya əldə etmiş olarıq.

Psixoloji bir bölmədə var ki burada psixoloq hər hansı məsələ ilə bağlı daxil olan müraciətlərə öz cavablarını ünvanlayır. Məncə faydalı bir jurnaldır, alıb oxumaq olar.

  1516   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Журналы и газеты

Sevə-sevə oxuduğum “Ailəm” jurnalı
Журналы и газеты

“Qönçə” dərgisi – həqiqətən uşaqları düşündürən bir hədiyyədir
Журналы и газеты

Cosmopolitan - почувствуй себя девушкой Космо
Журналы и газеты

Ok! Jurnalı

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up