Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
16 Января 2014

TUC paprica – bibər əvəzinə xoşagəlməyən kolbasa dadı

Ailəmizdə krekerləri çox xoşlayırlar. Ona görə də onlardan tez-tez alırıq. Adətən ən çox aldığımız TUC firmasının pendirli və sadə krekerləridir. Həqiqətən çox dadlı, nazik qatlı, ədviyyatlı, xırt-xırtlı krekerlərdir.

Dediyim kimi ancaq pendirli və adi növlərindən alırdıq. Amma bu dəfə dəyişiklik edib, TUC paprica (bibərli) növündən aldım. Fikirləşdim ki, bibərli tam da pis olmaz.

Lakin dadına baxandan sonra gördüm ki bu krekerlər bibər tamı əvəzinə kolbasa tamı verirlər. Yeyəndən sonra belə ağızda uzun müddət xoşagəlməyən kolbasa tamı qalır və iy gəlir. Yeyəndən sonra mütləq nanəli saqqız çeynəməli olursan ki, bu tam tez getsin.

Əslində TUC firmasından həmişə razı qalmışıq. Amma yəqin ki, ədviyyatını lazimindən çox ediblər. Çox güman ki, ona görə belə xoşagəlməyən dad alınıb. Bundan sonra yenə həmişəki kimi sadə və yaxud pendirli TUC krekerlərindən alacağam. Rəyim mənfidir.

  1908   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Продукты питания

"Rahat" çərəzli lokumun ağızda əriyən dadı yoxdur
Продукты питания

Bizim süfrədən acılı barbekü nar sousunu almağıma çox peşman oldum
Продукты питания

"Lays"dən pendir dadlı kartof çipsindən bir daha almaram
Продукты питания

"Adicto intense" şokolad ilə örtülmüş krem plomblu keks mükəmməl bir ləzzətdir
Продукты питания

Tort üçün "Domik v derevne slivki" qaymaq kremini çox bəyənirəm
Продукты питания

Bizim süfrə ketçupundan ketçup əvəzinə tomat dadı gəlir
Продукты питания

Mentos tropik miks saqqızı nəfəsi təravətləndirmək üçün ən dadlı seçimimdir
Продукты питания

Dərbənddən gətirilmiş "Деревенская" xamasının dadı heç xoşumuza gəlmədi
Продукты питания

Bizim tarla Pindjur salatı - çox dadlı və gözəl tamı var
Продукты питания

Bizim tarla Pindjur salatı - sanki tərkibi ancaq bibərdən ibarət idi
Продукты питания

Mondelēz International
Продукты питания

Тук

  Положительных отзывов: 2

  Отрицательных отзывов: 1


up