Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
14 Января 2014

Dahi yazıçı, şair və dramaturqu tanımayan, üstəlik onun bəstəkar olduğunu iddia edən gənclərimiz də varmış!

Televiziya kanallarımızda yayımlanan verilişləri əvvəllər izləsəm də son vaxtlarda marağım tamamilə ölüb. Düzdür maraqlı verilişlər də var, amma bəzi üzdəniraq aparıcıları görməyim deyə kanallarımıza baxmaq istəmirəm. Nə vaxt açsan şou-biznesdən başqa əsas müzakirə mövzusu görmürəm.

Ötən dəfə isə Space telekanalında 13 il bundan əvvəl yayımlanan “Sizin saat” verilişinin yenidən öz yayımını davam etdirdiyini gördüm təsadüfən. Kamran Həsənlinin aparıcılıq etdiyi verilişin maraqlı müzakirə mövzuları olur, yeri gəlmişkən bu aparıcının da bəyənmədiyim cəhətləri olsa da ümumiyyətlə maraqlı düşüncələri var.

Verilişə baxdığım təxminən 20 dəqiqəlik qısa bir vaxt ərzində həqiqətən utanc hissi keçirdim. Nadir Qafarzadə verilişdə qonaq idi və Kamran Həsənli bir video reportaj hazırlandığını bildirdirdi. Bu video sorğu xarakterli idi, şəhərimizin sakinlərinə iki sual ünvanlanmışdı, birincisi: “Nadir Qafarzadəni tanıyırsınız?” növbəti isə “Bəs Cəfər Cabbarlı kimdir?” . İlk sualı təbii ki bilməyən olmadı demək olar ki, hamı əminliklə cavab verdi, hələ inanıram ki, soruşulsa mahnılarını da əzbər deyərdilər. Ikinci suala verilən cavablar isə həqiqətən utancverici idi, “Bəstəkardı də”, “Deyəsən şair olube yoxee bəstəkar”, “Hə əlbəttə tanıyıram məşhur rəssam idi”. Bu kimi cavabları eşidəndə heç bilmirdim necə reaksiya verim.

Geniş məlumatımız belə olmasa axı ən azından Cəfər Cabbarlının kim olduğunu bilməli deyilikmi?! Orta məktəbə getməyən çox az adam var, elə orta məktəbdəcə Cəfər Cabbarlını öyrənmişik, onun möhtəşəm “Ana” şerini əzbərləmişik, “Oqtay Eloğlu” əsərinin ixtisar olunmuş variantını oxumuşuq. Elə buna görə də dahi dramaturq, şair, yazıçı, teatrşünas, tərcüməçi, jurnalist, rejissor olan Cəfər Cabbarlını tanımamağa haqqımız yoxdur. Ən azından 28 may metrosunun qarşısında Cəfər Cabbarlının heykəli var, heç olmasa ona baxanda öz-özümüzə soruşmalıyıq ki, kim olub Cəfər Cabbarlı.

Reportajın sonunda isə bir türk gənci “Kitaplardan okuduğum ve bildiyim kadırıyla Azerbaycanın meşhur şairi olmuştur” dedi. Verilişdə isə Cəfər Cabbarlı haqqında süjet yayımlandı, bu da təqdirəlayiq bir haldır, bilməyənlər qoy eşidib bilsinlər. Ölkəmizin gələcəyi biz gənclərdir və məhz gənclərimiz tariximizi, ədəbiyyatımızı bilməlidir və gələcək nəsillərə ötürməlidir.

  1457   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up