Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
14 Января 2014

İpotekanın yeni şərtlərini gözləməkdən gözümüzün kökü saraldı

Necə vaxtdır ki, televiziyada, mətbuatda ipoteka şərtlərində dəyişikliklər haqqında söhbətlər gedir. Çox sözlər deyilir: İlkin ödənişin aradan qaldırılması və yaxud azaldılması, illik faiz dərəcələrinin aşağı salınması, veriləcək məbləğin miqdarının yüksəldiməsi və s.

Bizim ailəmiz də, bir çox digər ailələr kimi səbirsizliklə yeni ipoteka şərtlərinin qüvvəyə minməsini və həyata keçirilməsini gözləyir. Bu günkü ipoteka şərtlərinin çox sərt olduğu üçün, orta aylıq əmək haqqının aşağı olduğu üçün hər bir gənc, gənc ailə bu şərtlərdən faydalana bilmir. Ona görə də ipoteka verilməsi qaydalarında dəyişikliklər haqqında eşidəndə çox sevinmişdik.

Lakin hələ heç bir konkret söz deyilmir. Ara-sıra ancaq hansısa xəbərlərdə nazirlərin, bank işçilərinin ümumi sözlərini eşidirik.

Xarici ölkələrdə insanların demək olar ki 70 %-nin kirayələrdə yaşadığını nəzərə alsaq, onlar üçün bu problem sayılmır. Amma Azərbaycanda həyat tərzi, mentalitet başqadır. Heç bir valideyn oğlunun və yaxud qızının kirayə mənzildə yaşamağını istəməz. Ona görə də bizim ailələrdə mənzil problemi ən vacib məsələlərdən biridir.

Bakıda da görün tikilib qurtara bilməyən nə qədər yeni tikililər var. Hamısı da vəsaitin kifayət qədər olmamasından irəli gəlir. Nə olar ki, həm gənclərə bu evləri almağa imkan və şərait yaratsınlar, həm də sahibkarların binaları az vaxt ərzində tikib, təhvil verməyə imkanları olsun.

Bunun üçün gənclərə real şərait yaranmalıdır:

1. İlkin ödənişin tam ləğvi, yada maksimum azaldılması. Çünki ipoteka gənc ailələr üçün nəzərdə tutulubsa, gənc ailədə ilkin ödəniş üçün vəsait hardandır? Pulu olsa hər halda heç kəs 20-25 il evin pulun ödəməz...

2. İllik faiz dərəcələrinin aşağı salınması. Gənclərin aylıq maaşı həm krediti ödəməyə, həm də ailəsini dolandırmağa çatmalıdır (aylıq məvacibi heç olmasa Azərbaycanda orta əmək haqqına yaxın olduğu halda).

Lakin belə görünür ki, bunlar hamısı xəyaldır. Səlahiyyətli şəxslər danışdılar, vədlər verdilər, gənclərin qəlblərində ümid işığı yandı və bu qədər...

Sözün düzü ipotekanın yeni şərtlərinin gecikdirlməsi insanda elə təəssurat yaradır ki, ya yeni şərtlərdə elə böyük bir fərq olmayacaq, yada ki, ümumiyyətcə heç bir dəyişiklik olmayacaq. Necə deyərlər, yaşayarıq, görərik. Kaş ki görsəydik!

  1686   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Прочее

"Baku Retail Partners Company" nə axtardığını özüdə bilməyən şirkət
Прочее

Платежная система e-pul.az - плюсы и минусы! Редакционный отзыв
Прочее

Hesab.az saytı elekton məktubuma dərhal cavab verib, problemimi o dəqiqə həll etdi
Прочее

Səhv yükləməni düzəltdikləri üçün təşşəkkürlər E-manat!
Прочее

Milliön - медлительность аппаратов действует на нервы
Прочее

Терминалы eManat - вчера впервые произвел оплату. Не очень доволен!
Прочее

MilliÖn – довольна! Даже, несмотря на мелкие недочеты
Прочее

Hesab.az - Рекомендую! Не приходится каждый раз вводить абонентские коды
Прочее

Bank kartlarımı da bu qırmızılara etibar edəcəm
Прочее

Ипотека

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up