Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
13 Января 2014

Rusiya kartofunu almaq olar, pis deyil

Mətbəxdə demək olar ki, ən çox isitifadə olunan tərəvəz – kartofdur. Axır vaxtlar televiziyada kartof məsələsi əsas mövzudur. Azərbaycanda kartof qıtlığından və bazarlarımızda başqa ölkələrin kartof satışından danışılır. Ən çox alınan tərəvəzlərdən biri olduğuna görə həqiqətən də kartofun qiyməti bahalaşıb.

Biz adətən evə ya Gədəbəy, ya da Tovuz kartofu alırıq. Lakin bir neçə gün bundan öncə evdə kartof qurtarmışdı, Yoldaşım da elə yaxın marketlərdən birindən Rusiyanın kartofunu almışdı. Düzü ürəyimcə olmadı. Amma yoldaşım yoxlamaq üçün az aldığından fikirləşdim ki, sınamaq olar.

Bu kartofu istifadə etdikdə fərq özünü göstərdi. Bizim yerli kartofların özəl torpaq ətri var. Bu təbii ətirə görə mən tərəvəzlri çox xoşlayıram. Lakin bu xarici ölkə istehsalı olan kartofun heç bir iyi yox idi, sanki süni tərəvəz idi. Həmçinin çox bərk idilər, qabığı çətinliklə soyulurdu.

Əsas mənə maraqlı onların bişəndən sonra dadlarının necə olacağı və əzilib-əzilməyəcəkləri idi. Adi qaydada kartofu qızartdım. Düzü belə nəticə gözləmirdim. Çox dadlı kartof qızartması alındı, əzilmədi, bütöv və yumşaq idilər. Hətta çox cuzi şirin tamı da var idi. Bir sözlə bəzi nöqsanlarına baxmayaraq, alınan nəticəyə görə Rusiya kartofunu bəyəndim. İstifadə etmək olar.

  1750   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Продукты питания

"Rahat" çərəzli lokumun ağızda əriyən dadı yoxdur
Продукты питания

Bizim süfrədən acılı barbekü nar sousunu almağıma çox peşman oldum
Продукты питания

"Lays"dən pendir dadlı kartof çipsindən bir daha almaram
Продукты питания

"Adicto intense" şokolad ilə örtülmüş krem plomblu keks mükəmməl bir ləzzətdir
Продукты питания

Tort üçün "Domik v derevne slivki" qaymaq kremini çox bəyənirəm
Продукты питания

Bizim süfrə ketçupundan ketçup əvəzinə tomat dadı gəlir
Продукты питания

Mentos tropik miks saqqızı nəfəsi təravətləndirmək üçün ən dadlı seçimimdir
Продукты питания

Dərbənddən gətirilmiş "Деревенская" xamasının dadı heç xoşumuza gəlmədi
Продукты питания

Bizim tarla Pindjur salatı - çox dadlı və gözəl tamı var
Продукты питания

Bizim tarla Pindjur salatı - sanki tərkibi ancaq bibərdən ibarət idi
Продукты питания

Российский картофель

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up